Əli Kərimlinin statusunun altı: Trollar görüş yerini dəyişmir – EMİL MƏMMƏDOV YAZIR

Əli Kərimlinin statusunun altı: Trollar görüş yerini dəyişmir – EMİL MƏMMƏDOV YAZIR
 

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra məsələ gündəm oldu. Olaya müxtəlif prizmadan yanaşanlar var: Selcan ailədaxili məsələni ictimailəşdirməklə yanlış yapdı, Baş verənlərin heç bir siyasi yükü yoxdur, Fuad Qəhrəmanlı siyasətdən getməlidir, AXCP qadın hüquqlarına hörmət qoymur və s.


Yazıda bu fikirlərin hansının haqlı, hansının haqsız olması haqda müzakirələr açılmayacaq. Zatən məsələ həm mətbuatda, həm də sosial şəbəkələrdə günlərdir, eninə-uzununa müzakirə olunur. Bizim diqqətimizi baş vermiş olayın üzə çıxartdığı, əslində isə çoxlarına çoxdan bəlli olan bir həqiqət cəlb edib. Söhbət AXCP sədri Əli Kərimlinin birbaşa rəhbərliyi ilə hərəkət edən troll şəbəkəsinin növbəti ifşasından gedir.Bəli, Fuad Qəhrəmanlı olayı bu məsələni yenidən gündəmə gətirdi, indi hətta siyasətdən xəbərsizlər belə Əli Kərimlinin trol şəbəkəsindən xəbərdardır.

 

Məsələ bundan ibarətdir ki, F.Qəhrəmanlı ilə bağlı baş verən olaylar AXCP sədri Əli Kərimlini hərəkətə gətirib və o, müavinin törətdiyi əməllərə haqq qazandırmaq üçün özünün "troll ordusu”nu sosial şəbəkələrdə bu məqsədə yönləndiribş. Hətta bu məqsədlə AXCP funksionerləri ilə qapalı görüş keçirərək, onlara müvafiq tapşırıqlar da verdiyi bildirilir.


Amma məlum olayın elə ilk saatlarındaca məlum olub ki, troll ordusu bu məsələdə AXCP sədrinə tabe olmaq niyyətində deyil. Onlardan bəziləri Fuad Qəhrəmanlının etdiyi əməllərin insanlığa sığmadığını, çox pis örnək olduğunu bəyan etsələr də, digərləri feminist olduqlarını əsas gətirərək, bu kampaniyada iştirak etməyəcəklərini bildiriblər.


Bunu bir neçə gün öncə ölkə mətbuatında yayılmış və bu yazının sonunda yerləşdirilmiş fşaedici səsyazısı da təsdiqləyir. Belə ki, partiyadaxili troll şəbəkələrindən birinə nəzarət edən AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun müraciətinin ictimailəşməsi bir sıra qaranlıq məqamların üzərinə işıq salıb. Məsələn, məlum olub ki, partiyadaxili troll şəbəkələri qapalı "WhatsApp” qrupları vasitəsilə idarə olunur. Bütün məxfi təlimatlar da məhz bu qapalı "WhatsApp” qrupları vasitəsilə trollara çatdırılır.


Səsyazısından da göründüyü kimi, R.Turabov konkret adlar çəkərək, cəbhəçiləri feminizmdə, AXCP-nin ənənələrinə qarşı çıxmaqda ittiham edir, onları konkret seçim qarşısında qoyur: "Ya bu partiyada qalın, ya da biz işimizi bilək”.


"Vaxtında həbsdə yatmısınız, nə oldu sizə birdən?” sualını verən trollbaşının narahatlığından da belə anlaşılır ki, artıq "aşağılar” əvvəlki kimi idarə olunmaq istəmir, "yuxarılar” isə başqa idarəetmə üsulu tanımır.

 

AXCP-də isə idarəetmə dəyişməz olaraq qalır: Görüş yerini dəyişmək olmaz, hamı Əli Kərimlinin statusunun altında toplansın!

 


OXŞAR XƏBƏRLƏR