Əli Kərimlinin miqrant biznesi — Foto-audiofakt

Əli Kərimlinin miqrant biznesi — Foto-audiofakt

 

Sfera.az ölkə.az-a istinadən AXCP mətbuat xidmətinin bəyanatını sizə təqdim edir:

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Razi Nurullayevin sədrliyi ilə yenidən formalaşdırmağa başladığımız gündən çox ciddi, radikal dəyişikliklərə getdik. Ən önəmlisi, partiyanı qaraguruhdan, şər-böhtandan, qaralama kampaniyalarından arındırdıq. Və bu kimi məsələlərdən uzaq duraraq, yalnız xalqın, dövlətin rifahına, mənafeyinə xidmət edəcək işlər görürük. Lakin biz belə davam etdikcə Yurd sədri Əli Kərimlinin yaxın ətrafı onun öz sifarişi ilə bizim üzərimizə daha aqressiv şəkildə hücuma keçməyə başladılar, söyüşlər, təhqirlər, böhtanlar. Və təbii ki, zaman-zaman bu qaraguruh ordusunun böhtanlarına cavab verməyə məcbur qalırıq.


Bu günlərdə Əli Kərimlinin qaralama, şərləmə, təhqiretmə kampaniyalarının aparıcı gücü olan azadlıq.info saytında haqqımızda həyasızcasına yalan, böhtan dolu yazı dərc edilib. Belə ki, üzərində AXCP-nin möhürü və Əli Kərimlinin imzası olan bir sənəd fotosu paylaşılaraq bildirilib ki, guya Razi Nurullayevin partiyası miqrant alveri ilə məşğul olur, bu sənədi xaricə getmək istəyənlərə satır.


Birincisi, məsələyə peşəkarlıqla yanaşsaq, bu foto edilən belə ağır ittiham üçün fakt ola bilməz. Tam əsassız və qeyri-ciddi bir yazıdır.


Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda AXCP-nin möhürü Əli Kərimlinin əlindədir. Əgər bizdə möhür yoxdursa, necə kiməsə möhürlü sənəd verə bilərik? Buradan da aydın olur ki, Əli Kərimli və ətrafı illərdir məşğul olduqları miqrant biznesinin məsuliyyətindən qurtulmaq üçün belə bir qaralama, şərləmə kampaniyasına başlayıbla. Öz əməllərini bizim üzərimizə atmağa çalışırlar. Hər kəsə məlumdur ki, partiyanın möhürü hər zaman ya Əli Kərimlinin özündə, ya da hazırda günahsız yerə həbsdə olan köməkçisi Faiq Əmirlidə olub. Və Əli Kərimli əslində bu fotonu paylaşaraq bir başa öz köməkçisini zərbə altında qoyur, məsuliyyəti istənilən zaman onun üzərinə atmaq üçün öncədən tədbirlər görür.


Biz bundan sonra yalançı ittihamlara, böhtanlara qarşı susmayacağıq, Əli Kərimlinin adamlarının ölkədə və Avropada miqrant biznesi ilə məşğul olmarını təsdiq edən bütün faktları ictimaiyyətə göstərəcəyik".


Audiofakt - Əli Kərimovun yaxın adamı Fikrət Hüseynovun Avropadakı insan, miqrant alverini təsdiqləyən səs yazısı:



 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...