Əli Kərimli öz canını belə Heydər Əliyevə borclu ikən qarayaxma yolunu seçirsə...

Əli Kərimli öz canını belə Heydər Əliyevə borclu ikən qarayaxma yolunu seçirsə...
 
Yarıtmaz idarəçilikdən yaranan ərazi təhlükəsi elə bir etibarlısübutdur ki, AXC-Müsavat iqtidarını əsl günahkar qismində mühakiməyə, cavabdehliyə çəkir, həmişə də çəkəcək!

AXCP sədri Əli Kərimli Qubadlının işğal günü ilə bağlı özünün facebook səhifəsində yaydığı açıqlamada əsl kimliyini bir daha ortaya qoyub. Söhbət ondan gedir ki, bir sıra yalanlar uyduran Kərimli belə bir gündən də özünə siyasi divident qazanmaq üçün cəhdlər edir. Həmişəki Əli Kərimli! Hər məsələdə mütləq şəxsi marağı var; nə olur-olsun qazanc əldə etsin; ictimai diqqəti öz üzərinə çəksin; təki siyasi meydandan heç vaxt çıxmasın.

Onun Füzuli və Cəbrayılın işğal günündə də hakimiyyəti ittiham dolu və bu ittiham hay-küyündə özünü ictimai rəyin gözünə soxmaq mənasında analoji bir açıqlaması olmuşdu. Azərbaycan coğrafiyasının düşmən əlində olan qismi üçün Heydər Əliyevi addımbaşı ittiham etmək, yumşaq desək, siyasi həyasızlıq və tarixi saxtalaşdırmaq cəhdidir.

Heydər Əliyevin hakimiyyətə gəlməsindən 2 ay sonra Qubadlının işğal olunduğunu önə çəkən Kərimli belə bir rəy yaratmağa çalışıb ki, guya AXC-Müsavat hakimiyyətdə qalsa idi, bu baş verməyəcəkdi.

AXC-Müsavat iqtidarının dövründə baş verənlər yaxın tarixdir və unudulması mümkünsüz rəzil bir tarixdir. Məsələ burasındadır ki, 1993-cü ilin ən kritik günlərində bu komandada yeni nəfəs, yeni güc Heydər Əliyev idi, yeni sağlam, mükəmməl qərarların alınmasında, üstəlik icrası üçün komandada ciddi dəyişikliklər getməliydi, çünki satqınlar, vətəni qorumaq hissini itirənlər, şəxsi mənfət uğrunda çarpışan nə qədər vəzifəli işinin başında idi. Hələ kriminal ünsürlər, cinayətkar dəstələr! Dövlət üçün xarici düşməndən də təhlükəli həddə idi və heç kəs təminat verə bilməzdi ki, onlar ermənilərlə, onların müdafiəçiləri ilə birləşməyiblər. Bu adamları isə hakimiyyətə AXC-Müsavat hakimiyyəti toplamışdı, bir hissəsi də Mütəllibovun komandasına aid idi. Əminik ki, Əli Kərimli ictimai bir debatda bu kriminal ünsürlərlə bağlı sualların əlində aciz duruma düşər və torpaqların itirilməsi suçlamasında Heydər Əliyevin adını dilinə almağa peşiman olar. Çünki Heydər Əliyev kriminal Azərbaycanı məhz onlardan miras almışdı və ilk işi daxildə sağlamlaşma yaratmaqdan ibarət idi. Əgər sənin prezidentin postunu qoyub Kələkiyə gedirsə, balaca uşaq davranışlarısayaq hərəkət edirsə, elə erməniyə də bu lazım idi ki, laxlamış bir dövlət üzərində işğalçı ssenari planlasın. Heydər Əliyev nə qədər güclü bir siyasətçi olur-olsun, ona belə dağılmış bir dövlətin başına keçmək lazım idimi? Çətin idi, amma o, yuxusuz gecələri, həyatı hesabına Azərbaycanı dağılmış halda təhvil aldı. Məgər bilmirdimi ki, düşmən cəbhədə hərəkətə keçəcək! Bilirdi, dövləti sağlamlaşdırmaqda hardan başlamağın vacibliyini də bilirdi. Təkcə bunu bilmirdi ki, gələcəkdə opponentləri öz məsuliyyətlərini onun üzərinə atacaq, Azərbaycan torpaqlarının işğalında Əli Kərimli kimi birisi ona çamur atacaq!

Əli Kərimli Surət Hüseyovun əlindən qurtaran canını Heydər Əliyevə borclu ikən, Azərbaycanın xilasında Heydər Əliyevin rolunu etiraf etməliykən, qarayaxma yolunu seçirsə, buna nankorluq da deyilir, qısqanclıq da, alçaqlıq da!

Heydər Əliyevə necə bir ordu miras saxlanmışdı? Heydər Əliyevə necə bir Azərbaycan təhvil verilmişdi? Əsas suallar budur! Azərbaycanı öldürüb, yarımcan halda Heydər Əliyevin qolları üzərinə salmaq bir yana, durub onu ittiham da edəsən, bu cahillərin işi ola bilər ki, Əli Kərimli bu məqamda özünü təkcə cahil kimi təqdim etmir, həm də ədalətdən, dürüstlükdən, vicdan məfhumlarından imtina etmiş biri olaraq göstərir.
Torpaqların ard-arda itirilməsi təhlükəsinin təməli artıq Elçibəy dövründə ciddi şəkildə qoyulmuşdu. Məgər özünü ağıllı siyasətçi göstərməyə çalışan Əli Kərimli bunu bilmirmi? Bilir. Sadəcə etiraf insanı kiçildir, günahkar qismində təqdim edir;etirafı isə obyektiv və dürüst insanlar bacarır. Əli Kərimli dürüst birisi heç zaman olmayıb və bunu açıqlamalarında da ortaya qoyub.

Əgər deyirsənsə ki, mən kasıb bir uşaq olmuşam, o zaman kasıb, sadə bir kənd uşağında pul hardan idi ki, beş-on tələbə yoldaşı ilə öz pulu hesabına ordu üçün silah alırdı?! Məgər silah bir şirin bir bulka qiymətinəmi idi?.. Buna deyirlər, sadəcə, vətənpərvərlik görüntüsü...saxta təəssübkeşlik!

Başlıcası silah deyildi Əli Kərimli! O idi ki, düşmən səni güclü hakimiyyət kimi tanısın, səndən çəkinsin, sənin zəif nöqtəni bilməsin. Təəssüf ki, Elçibəy iqtidarının kifayət qədər zəif nöqtələri var idi və bunlar düşmən tərəfin əlində üstünlük faktoru kimi yeni-yeni torpaqlara işğal planı qurmağa stimul verirdi. Yəni, digər rayonların işğal planı çoxdan erməni və onların havadarlarının masası üzərinə qoyulmuşdu.
Əli Kərimli ən yaxın tarixdən danışdığının fərqinə varmır. Bu illəri görən, bilən nəsil hələ bu dünyadan köçməyib; Yox, müasir gəncliyi aldatmaq, öz tərəfinə çəkmək üçün cəhd göstərirsə, bu saxtakarlıqdır və saxtakarlıqla, yalanla uzağa getmək mümkün deyil, çünki tarixin izləri həm də yazılı sənədlərdə, müxtəlif kadrlarda, televiziya, mətbuat arxivlərində qalır.

Birmənalı belədir ki, Azərbaycan torpaqlarının işğal olunması AXC-Musavat hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsində təməl atıb və bunun əksini isbat etmək üçün heç bir tutarlı mənbə yoxdur.

Baş kreslo davasına qarışanda, əlbəttə ki, Azərbaycan nəinki düşməndən qorunmaq imkanında olacaqdı,üstəlik xaos bəlasının caynağında tamamən çökəcəkdi. Çökmədisə, səbəb Heydər Əliyevin xarizmatik gücü, şəxsi keyfiyyətləri oldu və Azərbaycan xalqı buna görə hər zaman yalnız bu ada borcludur!Təbii siyasi düşmənləri bu dəyəri həmişə ona qısqanıb və dünyadan köçməsinə rəğmən hələ də belə bir üstünlükdə anılmasına qısqanclıq göstərənlər var. Əli Kərimli də onlardan biridir.

Torpaqların işğalı ittihamını sübutsuz-filansız, yəni sözdəHeydər Əliyevin üzərinə atmaq asandır, amma anarxiya, özbaşınalıq, yarıtmaz idarəçilik və məhz bu cəhətdən yaranan ərazi təhlükəsi elə bir etibarlısübutdur ki, AXC-Müsavat iqtidarını əsl günahkar qismində mühakiməyə, cavabdehliyə çəkir, həmişə də çəkəcək!

Adam utanır o dövrün mənzərəsini göz önündə canlandıranda ki, erməni dişini sənin üstünə qıcıyır, sənsə hakimiyyət dəhlizlərində ikitirəliklə məşqul olursan. Bu, Əli Kərimliyə aiddir , çünki öz dəstəsini kabinetinə toplayıb qəbul etmədiyi İsa Qəmbər və onun ətrafı əleyhinə fəaliyyət içərisinə elə girmişdi ki, bu qısqanclıq əlamətindən İsa Qəmbərlə davam edən uzun ziddiyyət, konflikt düşmən cəbhəsində nələrin baş verməsini görünməz etmişdi. Bax, düşmən o zaman rahatca yeni torpaq işğalı planları cızırdı ki, sizlər kabinetinizdə bir-birinizin ayağınızdan çəkən işlərlə məşğul idiniz; vahid komanda olmaqdan çoxdan çıxmışdınız; bir-birinizdən qopmuşdunuz; xaosun içərisində nələr qazana biləcəyinizi hesablayırdınız!Buna Heydər Əliyev neyləyəydi! Dövlət adamları yetişdirmək, tərbiyə etmək onun vəzifəsi deyildi. Daha doğrusu, Heydər Əliyev özünəqədərkilərə yox, özündən sonrakılara cavabdeh idi, necə ki, nə qədər dövlət adamı yetişdirib, bu dövlət üçün qoyub getdi.

Heydər Əliyevi obyektiv təhlil etmək üçün onun öz yerində möhkəmləndiyi mərhələdən başlayıb, son günlərinəqədərki dövrü analiz etmək lazımdır. O zaman görünəcək ki, Heydər Əliyevin təslimçi sülhdəmi, konkret bir ərazinin işğalındamı, beynəlxalq mövqenin laxlamasındamı- rolu olub-yoxsa yox. Heydər Əliyevin prezident seçildiyi tarixdən bu günlərə qədər Azərbaycan güclü dövlət olub; itirməyib, qazanıb. Istər sərhəddə olsun, istər beynəlxalq masalarda! Və onun siyasəti ilə başlayan uğur hər zaman gözəl bir miras kimi gələcəyə ötürüləcək!
 
Elman BABAYEV

OXŞAR XƏBƏRLƏR