Əli Kərimli sərbəst buraxıldı
15:05 / 28.06.2019
3716
Xəbər veridiyimiz kimi, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunmuşdu.
Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilmişdi.
Sfera.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarı təsdiqini tapmayıb və Əli Kərimli bu dəqiqələrdə azadlığa buraxılıb.