Cəmİyyət

Əli Kərimli: ölümlər üzərində dirilməyə çalışan siyasi meyit

Əli Kərimli: ölümlər üzərində dirilməyə  çalışan siyasi meyit
Kərimli kompüter arxasında özünə mövzu axtaran yazar səviyyəsinə enib

Bu dəfə təhsil üzrə ekspert qiyafəsində çıxış edərək, cəmiyyəti qızışdırmaq xəttini tutub

Son günlərdə baş verən olaylardan müxalifətin öz siyasi məqsədləri üçün istifadəsi, qızışdırıcı mövqedən çıxış etməsi gözlənilən idi. Çünki həmişə belə olur: müxalifət cəmiyyətdə baş verən proseslərə obyektiv nöqteyi-nəzərdən deyil, qızıışdırıcı mövqedən yanaşır. Bu dəfə də belə oldu.

AXCP sədri Əli Kərimli fürsəti fövtə verməyərək, orta məktəbdəki intihar məsələsinin üzərinə körüklə getmək, şişirtmək və siyasi qazanc əldə etmək yolunu seçdi.

Təbii ki, 162 saylı orta məktəbdə yaşanan hadisələrə hər birimizin, ümumilikdə cəmiyyətin həssas münasibəti başadüşüləndir. Və sevindirici hal odur ki, səlahiyyətli qurumların da məsələyə reaksiyası adekvatdır, kimisə qorumaq yolu tutulmayıb, hadisəyə obyektiv qiymət vermək xətti seçilib. Artıq məktəbin direktoru, onun müavini və məktəbin psixoloqu işdən kənarlaşdırılıb. Hazırda istintaq gedir, üstəlik ölkə rəhbərliyi səviyyəsində məsələ nəzarətə götürülüb. Proses davam edir.  

Ancaq görünür,  hadisəyə dövlət qurumlarının, başlıcası ölkə rəhbərliyinin həssas reaksiyası Kərimliyə sərf etmir. Məsələni maksimum siyasiləşdirmək, diqqəti hakimiyyətin üzərinə çəkməklə AXCP sədri, əslində bu addımının arxasında hansı məqsədinin dayandığını gizlədə bilmir - nə olur-olsun iqtidarı nüfuzdan salmaq, xalqın bu iqtidara nifrətini yaratmaq!   

İş burasındadır ki, bu dəfə bəzi KİV-də Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 №-li tam orta məktəb şagirdinin də xəstəxanada vəfat etməsi xəbəri yayılıb. İki ay bundan öncə, fevral ayında baş verdiyi bildirilən hadisə ilə bağlı heç nə məlum deyil. Uşağın valideyninin iddialarına görə, övladı məktəbdə xəsarət alıb, döyülüb. Kim tərəfindən döyüldüyünə gəldikdə isə bunun öz məktəb yoldaşları tərəfindən edildiyi bildirilir.  
İstənilən halda araşdırma tələb edən, həssas bir məsələdir. Hadisəni  tam öyrənib reaksiya vermək vacibdir. Fəqət Kərimli yenə ortaya düşərək, bu dəfə bütövlükdə hakimiyyətin digər sahələrində  (ordu, səhiyyə) təhsildəki kimi insanların ölümünə gətirib çıxaran məsələlərin mövcudluğunu  iddia etməklə xeyli irəli gedib. Sanki əlinə fürsət düşmüş kimi bütün sahələrin adını hallandırır, amma faktsız, sənədsiz-sübutsuz!   
Kərimli fərqində deyil ki, bu ağılla, belə qeyri-obyektiv yanaşma ilə cəmiyyətin rəğbətini qazanmaq mümkün deyil. Motivi, hansı şəraitdə baş verdiyi bilinməyən hadisəyə belə münasibət qeyri-ciddiliyin, fürsətcilliyin əlaməti deyilmi?

Hansı cəmiyyət belə hadisələrdən sığortalanıb? Dünyanın, demək olar hər yerində orta məktəblərdə istər  bu qəbildən, istər bundan da dəhşətli hadisələr baş verir. Hətta ABŞ kimi demokratik ölkələrin timsalında məktəblərdə silahlı zorakılıq halları belə baş verir. Günahkarlar cəzalandırılır və məsələ bununla bitir. Heç bir halda bu hadisələr zamanı hakimiyyətin rəhbər şəxslərini günahlandırmaq kimsənin ağlından belə keçmir. Ya da bu ölkələrdə Kərimli kimi "ağıllı” adamlar yoxdur ki, bunu etsin!

 

Bizdə isə tam fərqli mənzərədir. Hər hansı bir müəssisədə, qurumda hadisə baş verən kimi, "bu hakimiyyət getməlidir, insanlar məhv olur” tipli açıqlmalar gündəmə gəlir.
Kim tərəfindən?
Hakimiyyətə gəlmək iddiası ilə sosial şəbəkə pələnginə çevrilən Kərimli tərəfindən. Sanki pusquda durubmuş kimi baş verən bütün hadisələrlə bağlı dərhal bir status yazır və deyir ki, vəssalam,  hakimiyyət getməlidir. Bu ağılla nəinki hakimiyyəti, heç partiyanı belə idarə etmək, tərəfdar qazanmaq mümkün deyil! Necə ki, bunun şahidiyik. Qaragüruh yanaşma, qeyri-ciddilik müxalifəti mövcud duruma gətirib çıxaran əsas faktorlardandır.

Konkret olaraq, son hadisələrlə bağlı hakimiyyətə yönəlik tənqidlərə o vaxt haqq qazandırmaq olardı ki, ortada yuxarıların məsələyə  laqeyd münasibəti olaydı. Bu yoxdur, əksinə günahkarların cəzalandırılmasının, belə hadisələrin bir də təkrarlanmaması üçün müxtəlif tədbirlərin görüldüyünün şahidiyik.

Kərimlinin məsələni başqa müstəviyə çəkməsi, həm də tükənmişlik sindromu ilə bağlıdır. İlin əvvəlindən hakimiyyətin həyata keçirdiyi islahatlar, əhalinin güzəranının yaxşılaşdırılmasına yönəlik addımlar, bir sıra ictimai fəalların əfvi müxalifəti çətin duruma salıb. Hakimiyyətə qarşı istifadə oluna biləcək məsələlər cözümünə qovuşur və proses davam etməkdədir.

Təbii ki, Kərimli "19 yanvar mitinqindən sonra bu addımlara gedildi!” tezisi işləməyəndən və lağ obyektinə çevriləndən sonra dayanmayacaq, yeni-yeni mövzularla özünü hakimiyyətin "real” rəqibi kimi göstərməkdə davam edəcəkdi! Bu səbəbdən indi də təhsil üzrə ekspert qiyafəsində çıxış edir, siyasi düşmənçiliyini kənara qoya bilməyərək, hakimiyyəti qaralamaq, cəmiyyəti qızışdırmaq xəttini tutur.  Fərqində də deyil ki, kompüter arxasında adi bir müxalif yazar səviyyəsinə qədər enib; hər məsələdən özünə sərfəli mövzu axtarır. Həm də onun fərqində deyil ki, bu cəmiyyət ağı-qaradan çoxdan seçir və sərgilənən qızışdırıcı mövqe dəstək qazanmayacaq!

Elman Babayev

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031