Əli Kərimli, \"İŞİD\" terorçusu Əbu Cihadı nə vaxtan “vicdanlı” hesab edir? SİYASİ RAKURS

Əli Kərimli, \

Yaxud, AXCP sədri tərəfindən aldadılmış dindarların nəzərinə

 

AXCP sədri Əli Kəriminin "Milli Şura"nın mitiniqinə aldadılaraq, yəni küyə salınaraq qatılan və onun "siyasətinin” gerçək tərəfindən bixəbər olan bəzi dini inanclılar bu dəfə daha şok doğuracaq reallıqla qarşı-qarşıya qalıblar. Məlum olub ki, "siyasi məhbus”, yaxud da "vicdan məhbusu” kimi Qərb təşkilatlarına adları təqdim olunan insanların adları sırasında vaxtilə Suriya və İraqda vəhhabi radikallarının cəmləşdiyi "İŞİD” terror şəbəkəsinin döyüşçüsü Əbu Cihadın da adı var. Daha dəqiq desək, həmin bu Əbu Cihad Eldəniz Məmmədov adlı Azərbaycan vətəndaşıdır ki, onu xüsusi xidmət orqanları həbs ediblər. Beləliklə, boynunda onlarla öldürülmüş müsəlmanların qanı olan Əbu Cihad ləqəbli terrorçu həbs olunduqdan sonra "vicdan məhbusuna” çevrilib!

 

Yeri gəlmişkən, "Milli Şura”nın ötən aksiyasında adamın az olması Əli Kərimlini ciddi narahat etməyə başlayıb və o öz "siyasi məhbus”, ya da "vicdan məhbusu” siyahısını artırmaq üçün terrorçu Eldəniz Məmmədovun da adını əlavə edib. Yəni onun üçün siyahılara kimlərin adlarını əlavə etmək problem deyil, hətta keçmişi cani, qaniçən, terrorçu olsa belə! Kərimlinin maraqlandıran budur ki, əgər meydana yenə də az adam çıxacaqsa, Qərb ağaları onun pul-parasını dərhal kəsəcək. Həmçinin, artıq dini inanclılar da AXCP sədri tərəfindən aldadıldıqlarının fərqinə varmağa başlayıblar. Çünki fakt budur ki, Kərimli açıq-aydın şəkildə onları şəxsi mənfəətləri üçün istifadə edir. Xüsusilə, radikal-qaniçən vəhhabi sektasının keçmiş üzvünün adıçəkilən siyahıya əlavə edilməsi bu məsələni daha da akktuallaşdırıb. Artıq sosial şəbəkələrdə fəal olan dini kəsimin nümayəndələri Ə.Kərimlinin mitinqlərinə qatılmağı özlərinə böyük günah hesab edirlər.

Başqa tərəfdən, buna daha bir səbəb AXCP sədrinin mitinqə çağırış planına adlarını yazdığı dindarların bir qisminin İslam məzhəbi baxımınan qatı şiə olmalarıdır. Yəni, Nardaran hadisələrinin təşkilatçısı Tale Bağırzadə, eləcə də Ruhulla Axundzadə, Hacı Zülfüqar və digərləri bu sıraya aiddirlər. Lakin Əbu Cihad ləqəbli Eldəniz Məmmədovun adının da oraya əlavə edilməsi Ə.Kərimlini necə deyərlər, ciddi şəkildə fiaskoya uğradıb və o özünü "yandırıb”.

Beləliklə, bir daha Əbu Cihadın kim olduğunu daha müfəssəl şəkildə müəyyənləşdirək. Bu gün də "İnstagram” sosial şəbəkəsində "abu_cihadddd” adlı profilə daxil olsanız, orada tipik bir İŞİD terrorçusunun şəkillərini görəcəksiniz. Həmin terrorçu isə məhz Eldəniz Məmmədovdur!

Və Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq, cinayət məsuliyyətinə cəlb edilən 38 yaşlı E.Məmmədov "siyasi məhbus”, "vicdan məhbusu”, "din məhbusu” yox, məhz və konkret olaraq qaniçən terrorçudur! O, nəninki şiə, eləcə də sünni məzhəbinin digər qolları olan şafiləri, malikiləri, hənbəliləri, hənəfiləri, sufiləri və s. müsəlmanları da kafir, yolunu azmış sayan və qətlini vacib hesab edən "İŞİD” terror təşkilatının ideologiyası uğrunda savaşıb, insan qanları axıdıb. İndi isə Ə.Kərimlinin "mərhəmətinə” sığınaraq "vicdanlı” adama çevrilib...

Əlbəttə, belə olan vəziyyətdə, AXCP sədrinin vəziyyəti müşkülə düşüb və onun çıxılmaz halda nə edəcəyi, dini inanclılara hansı cavabı verəcəyi bəlli görünmür.

Görünən isə budur: Ə.Kərimli üçün maraqlı deyil, onun mitinqinə hansı məzhəbin nümayəndəsi gəldi, ya da gəlmədi, onun üçün maraqlı olan istədiyi adamları, hətta terrorçuları "siyasi məhbus" siyahısına salıb, Qərbdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycana qarşı çıxış edən dairələrdən pul qoparmaqdır!

Rövşən NURƏDDİNOĞLU


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...