Əli İnsanov Bakıda müalicəsi olmayan xəstəliyə tutulub - AÇIQLAMA

Əli İnsanov Bakıda müalicəsi olmayan xəstəliyə tutulub - AÇIQLAMA
 

Hazırda Əli İnsanov 74 yaşın içindədir və bu yaşda siyasi karyeraya başlamaq iddiasındadır. O, hələ də dərk etmir ki, dünyanın heç bir yerində 70 yaşdan sonra siyasi karyeraya başlayan və uğur qazanan heç kim olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Əli İnsanovun son müsahibəsində siyasi partiya yaradacağı barədə açıqlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, dünyada 70 yaş civarında siyasətə qayıdıb uğur qazanan şəxslərin sayı barmaqla sayılan qədərdir:

"Dünya tarixində 70 yaş ərəfəsində təkrar siyasətə qayıdan Uinston Çörçill və Heydər Əliyevdir. Üçüncü nümunə mənim yadıma gəlmir – bəlkə də var. Bu iki şəxsiyyətin təkrar siyasətə qayıdıb sürətli uğur qazanmasının səbəbi o idi ki, onlar uzun müddət siyasətdə olmuş, ən yüksək vəzifə tutmuşdular. Hər iki lider yüksək vəzifə tutduqları müddətdə gördüyü işlərlə, müsbət obrazları və qeyri-adi, fitri istedadları ilə məşhur idi. Təsadüfü deyil ki, hər iki siyasətçi də ölkələrinin ən ağır günlərində geri dönmək zərurəti hiss etdilər, daha doğrusu, xalqın tələbi ilə qayıtmağa bir növ, məcbur oldular. Hamının xatirindədir ki, Heydər Əliyev xalqın israrlı tələbi ilə siyasətə qayıtdı, çünki başqa nicat yox idi. Yəni 70 yaş civarında siyasətə xalqın çağırışı ilə qayıtmaqla 74 yaşda siyasi karyeraya başlamaq arasında da böyük fərq var”.

A.Camalqızının sözlərinə görə, Əli İnsanov heç vaxt siyasətlə məşğul olmayıb:

"O, ictimai-sosial karyerası ərzində yalnız Azərbaycanın birinci şəxsinin həkimi statusunda olub. Onun "siyasi” fəaliyyəti də səhiyyə naziri olmaqla – yəni məmurluqla məhdudlaşır”.

A.Camalqızının sözlərinə görə, Əli İnsanov üstəlik, özünü doğrultmayan məmurdur:

"Əli İnsanov nəinki siyasi karyeraya malikdir, hətta məmur kimi də olduqca mənfi imicə sahibdir. Onun vəzifədə olduğu vaxtda ictimaiyyətlə rəftarı, media nümayəndələrini təhqir etməsi, xalqa yuxarıdan aşağı baxması və aşağılaması ilə bərabər, həm də korrupsioner imici var. 2005-ci il hadisələri zamanı Əli İnsanovun evindən tapılan külli miqdarda külçə qızıllar, brilyantlar və onmilyonlarla ölçülən valyutalar bu şəxsin tipik korrupsioner məmur obrazına möhür vuran faktlardır. Yəni Əli İnsanov bu damğa ilə ömrünü başa vurmağa məhkum şəxsdir. Əli İnsanov faktiki olaraq azərbaycanlıların təfəkküründə rüşvətxor məmur obrazıdır. Heç bir siyasi karyerası olmayan, bu vaxta qədər siyasi fəaliyyət göstərməmiş, yalnız məmur kimi çalışan və məmur imici bu şəkildə bərbad olan 74 yaşlı bir şəxsin siyasətə iddia etməsi artıq onun səhhətində ciddi problemlərin olduğunu göstərir. Hesab edirəm ki, uzun müddət Əli İnsanovun darmadağın etdiyi və hələ də özünə gəlməyən Azərbaycan səhiyyəsi hazırda onun səhhəti ilə məşğul olmaq və onu sağaltmaq imkanına malik deyil.

Tövsiyə edərdik ki, bu qoca şəxs ABŞ və ya Avropanın nüfuzlu xəstəxanalarına müraciət etsin. Çünki onda Azərbaycan səhiyyəsinin müalicə edə bilməyəcəyi çox ciddi şizofrenik əlamətlər özünü göstərir”.


OXŞAR XƏBƏRLƏR

Bayramda aldığınız çəkidən necə xilas olmalı?

Orucluqda və bayramlarda aldığımız çəkidən tez bir zamanda xilas olmaq üçün etməli olduğumuz ilk qayda yediyimiz yeməklərin miqdarını azaltmaqdır. İkincisi, hər...

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...