"Bunu amnistiya qüvvəli qanun kimi qəbul etmək olar" - Əli Hüseynli
Cəmiyyət
13:17 / 23.02.2018
3972
"Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Komitə sədri qanunun tətbiqi ilə bağlı statistikanı da açıqlayıb:
"Həmin müddətdən məhkəmələrə 4000-dən min artıq təqdimat göndərilib, bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”.
Ə.Hüseynli qeyd edib ki, əlavə 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur:
"Bu qanunu amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.