Əli Həsənovun qohumları ilə bağlı yeni iddialar: \"Qaçqınkom\" sədri təkzib edir

Əli Həsənovun qohumları ilə bağlı yeni iddialar: \
Qaçqınkom” sədrinin oğlunun Sumqayıtda  "Bələdiyyə parkı”nı restorana görə məhv etdiyi deyilir, baş nazirin müavini isə iddiaları təkzib edir.
 
Bir neçə gün öncə "Yeni Müsavat”ın elektron poçtuna Sumqayıt sakinlərindən şikayət daxil olmuşdu. Şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi.  Musavat.com dərhal məlumatı xəbərə çevirib, ictimailəşdirib.

"Yeni Müsavat” qəzetinin müxbiri məsələni araşdırmaq üçün Sumqayıta gedib, həmin ünvana baş çəkib. Məlumdur ki, Sumqayıtda yaşıllığa qənim kəsilməkdə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin (qısaca "Qaçqınkom”) sədri Əli Həsənovun yaxınlarının adı hallanır. Bu mövzuda redaksiyamıza daha bir şikayət məktubu daxil olub.

Məktubda müsavat.com-un "Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir” adlı yazıya diqqət çəkilir. Xatırladaq ki, fevralın 23-də dərc olunan xəbərdə deyilirdi ki, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir zolağı məhv edilir. 50-dən artıq şam ağacının kəsildiyi bildirilirdi. Şəhər sakinləri redaksiyaya bildirmişdilər ki, bu ağacların yaşı çoxdur, sovet dövründə əkilib.

Musavat.com yaşıllığı məhv edən şəxslərin kimliyi haqda da məlumat vermişdi. Məlum olmuşdu ki, ağacları kəsib yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludur. Emil Həsənlinin baş nazirin müavini, "Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi olduğu bildirilir. Məlumatda o da deyilirdi ki, Əli Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir.

Emil Həsənlinin atasının hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutduğu haqda da bilgi verilmişdi.

Redaksiyaya daxil olan sonuncu xəbərdə isə bildirilir ki, Sumqayıtın 6-cı məhəlləsində, "Bələdiyyə  parkı”nda yerləşən məşhur "Green Park” restoranının ərazisində də çoxillik küknar ağaclar kəsilib. Redaksiyanın elektron poçtuna daxil olan məlumata görə, ərazidə qalan ağaclar isə mühasirəyə alınıb.
Sitat: "Çox güman ki, bir müddətdən sonra təzə obyektə mane olan ağaclar da yerli-dibli məhv ediləcək. Təzə tikilən obyektin sahibi Əli Həsənovun oğlu, hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Emin Həsənovdur. 2017-ci ildə ”Qaçqınkom"un sədri Əli Həsənovun oğlu şəhərin mərkəzində, çox gözəl və sakit guşədə yerləşən "Green Park” restoranını alandan sonra onu söküb və yerində hazırda qırmızı kərpicdən 2 mərtəbəli möhtəşəm bir restoran tikir.
Qeyd edək ki, adıçəkilən obyekt, keçmiş  "Green Park” restoranının ərazisi olan bu yer Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasından çox da uzaqda deyil, şəhər polis idarəsinin düz yanında, təzə tikilən şəhər prokurorluğunun inzibati binasının yaxınlığında, YAP-ın Sumqayıt təşkilatının keçmiş binasının düz qabağında yerləşir. Yəni görülən işlər, bu obyektin inşası zamanı baş verən neqativ hal tam göz qabağında, özü də görün "haraların”, "kimlərin” yanında baş verir».

Yazıda daha sonra qeyd olunur ki, adi vətəndaş icazəsiz burada heç zaman daşı daş üstə qoya bilməz. Sitat: "Burada, necə deyərlər, ancaq Əli müəllimin övladları və nəvələri yaşıllığı mühasirəyə alaraq obyekt tikə bilərlər...

Obyektin yeni fotolarından göründüyü kimi, ərazidə tikilən restoran çox möhtəşəm olacaq.

Bu qədər ağacın məhv edilməsini yəqin ki, Əli müəllimin qardaşı, şəhərdə yaşıllığa baxan İlyas Həsənov (Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi) ört-basdır edir. Bir müddətdən sonra mühasirəyə alınmış bu çoxillik küknar ağaclarının aqibətinin necə olmasını güman etmək elə də çətin deyil.

Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xərbərsizdir. Ona görə də hörmətli icra başçısına müraciət edərək bildiririk ki, yəqin o, "Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən "yaşıl soyqırım”a vaxtında "stop” deyəcək. Yoxsa mühasirəyə alınan onlarla çoxillik, nadir növ ağacların diblərinə ağ neft töküləndən sonra artıq gec olacaq. Və ümid edirik ki, bu məsələni Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi də nəzarətə götürüb diqqətində saxlayacaq..." (Musavat.com)
 







 

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...