Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi xəbərinə Ədliyyə Nazirliyindən RƏSMİ MÜNASİBƏT

Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi xəbərinə Ədliyyə Nazirliyindən RƏSMİ MÜNASİBƏT
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına münasibət bildirib.

Dünən Sfera.az saytından musavat.com-a istinadən baş nazirin birinci müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevin lüks kamerya köçürülməsi ilə bağlı məlumat dərc edilmişdi.

Bu gün Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov musavat.com-la əlaqə saxlayaraq dərc edilmiş yazıya münasibət bildirib.

M.Sadıqov bildirib ki, nə Nail Allahverdiyevə, nə də digər məhbuslara həbsxanada xüsusi imtiyazla şərait yaradılmayıb yaradıla da bilməz.

Polkovnikin sözlərinə görə, istintaq təcridxanası beynəlxalq satandartlara uyğun inşa edilib və bütün kameralarda saxlama şəraiti eynidir: "Həmin kameralarda dustaqlara xüsusi imtiyazların göstərilməsindən söhbət gedə bilməz. Kameralar 2, 4 və 6 nəfərlikdir. Hər birində də şərait eynidir".

M.Sadıqov kameralarda televizor və kondisioner olması məsələsinə də münasibət bildirib:

"2008-ci ildə qanununvercilikdə dəyişiklik ediləndən sonra bütün kameralarda televizorlar quraşdırılıb. Kameralarda "ventilyator"a icazə verilsə də, kondinsionerdən söhbət gedə bilməz".

Bildirək ki, törətdiyi avtomobil qəzası ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olan Nail Allahverdiyev həbs edilib. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...