Əli Həsənovun nəvəsi qəza törədib ölümə səbəb oldu - ÖLƏN XALASI OĞLUDUR+VİDEO

Əli Həsənovun nəvəsi qəza törədib ölümə səbəb oldu - ÖLƏN XALASI OĞLUDUR+VİDEO

Bir neçə gün öncə baş nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olmuş yol qəzası baş verib.

Bu, həmin ailədə son iki ildə ikinci olaydır. Və yenə də yüksək sürət bir nəfərin həyatına son qoyub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin bu qəza barədə məlumatında hadisəni törədən şəxsin tam adı və avtomobilin nömrəsi göstərilməyib.

Sfera.az bildirir ki, Bizimyol.info-nun əldə etdiyi məlumata görə, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.

İlkin Əliyev Baş nazirin sabiq müavini Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Mənbənin bildirdiyinə görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisidir. O vaxta qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini idi.

2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu. 25 yaşlı Nail Allahverdiyev də yüksək sürətlə idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobili öncə qarşısındakı maşına çırpıb idarəetməni itirmişdi. Nəticədə "Gelandewagen” Heydər Əliyev prospektindəki digər yola çıxıb, üç piyadanı vurmuşdu. Daha sonra maşın aşıb yanmağa başlamışdı. Vurulan piyadalardan biri də ölmüş, Türkiyə vətəndaşları olan Mütəllib və Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Piyada ilə yanaşı, həmin vaxt Nailin yanında olan dostu da ölmüşdü.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...