Əli Həsənov üzərində şəkli əks olunan xalça toxutdurdu - FOTOFAKT

Əli Həsənov üzərində şəkli əks olunan xalça toxutdurdu - FOTOFAKT
Son vaxtlar PA-nın sabiq şöbə müdiri Əli Həsənov haqqında qalmaqallı informasiyalar səngimək bilmir.

Əli Həsənov bu dəfə özünə fotosu əks olunan xalça sifariş etdiyinə görə yenidən gündəmə gəlib.

Sfera.az  xəbər verir ki, bu haqda məlumatı özünün Facebook səhifəsində Portretxalca.az saytı yayıb və ona minnətdarlığını bildirib:

"Müştərimizə Bizə etibar etdiyi və paylaşıma icazə verdiyi üçün təşəkkür edirik”.

Bundan əlavə PA-nın keçmiş şöbə müdirinin şəxsiyyətinə olan "həssaslığı” əvvəllər də dəfələrlə özünü büruzə verib. Hələ vəzifədə olduğu dövrlərdə Əli Həsənovun media üzərindəki təsirindən özünü təriflətmək üçün istifadə etdiyi ilə bağlı da bir sıra iddialar mövcuddur. 

Eyni zamanda Əli Həsənovun vəzifədə olduğu dövrlərdə öz trol ordusundan vaxtaşırı bu cür hədiyyələr alması da sirr deyil. Lakin indiki situasiyada bu addımın birbaşa Əli Həsənovun özü tərəfindən atılması daha real görünür. Belə ki Əli Həsənov son dönəmlər gündəmdə qalmaq üçün müxtətəlif yollara əl atması aydın şəkildə sezilməkdədir. Ələxsus da, xalça ilə bağlı paylaşıma özünün icazə verməsi ilə bağlı qeyd olunan fikirlər bu iddianın doğru olması ehtimallarını daha da artırıb.

Ümumilikdə isə, Əli Həsənovun üzərində fotosu əks olunan xalça toxutdurmasını, PA-nın sabiq şöbə müdirinin gündəmdə qalmaq üçün atdığı növbəti addım kimi qiymətləndirə bilərik.

Qeyd edək ki, Əli Həsənovun adı son dönəmlər daha çox jurnalistlər üçün tikilən binada yol verilən yeyintiyə görə həbs edilən KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin cinayət işində hallanır.

Bundan əlavə, sözügedən mövzunun geniş müzakirələrə səbəb olmasından sonra Əli Həsənov özünün "Facebook” hesabını da dondurub.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...