Cəmİyyət

Əli Həsənov Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Əli Həsənov Rusiyanın Azərbaycandakı səfirini qəbul edib
 

Sentyabrın 9-da  Baş nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Mixail Boçarnikovu qəbul edib.

 
Bu barədə Sfera.az- a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.


Səfir, Baş nazirin müavininə Rusiya Federasiyası Baş nazirinin müavinin məktubunu çatdıraraq, 2020-ci ildə Rusiyada keçiriləcək  ekoloji  məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə  Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib.
 

Baş nazirin müavini Əli Həsənov görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əhalinin sosial-iqtisadi  vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat verib, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırıb.

 
Görüşdə eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30