Vasif Talıbovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - VİDEO
11:10 / 26.02.2020
6032
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Azərbaycana səfəri vaxtı maraqlı hadisə yaşanıb.
Sfera.az yeniavaz.com-a istinadla xəbər verir ki, Azərbaycan və Türkiyə rəsmiləri prezidentlərlə görüşərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Ərdoğanın əlini nisbətən bərk sıxaraq silkələməsi gözlərdən qaçmayıb.
Türkiyə prezidenti isə bu vaxt təəccübünü gizlədə bilməyib və təbəssüm edərək prezident İlham Əliyevin qulağına bəzi sözlər pıçıldayıb.
İlham Əliyev isə Ərdoğana gülərək qarşılıq verib.