Əli Əhmədov qondarma “erməni soyqırımı”ndan danışdı

Əli Əhmədov qondarma “erməni soyqırımı”ndan danışdı
"Yüz ildən çoxdur ki, bəşəriyyət tarixi bir yalanla üz-üzədir. Bu, qondarma "erməni soyqırımı”dır”.

Bunu Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasında qondarma "erməni soyqırımı” ilə bağlı tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, bunu yalnız yalan və uydurma sahəsində xüsusi təcrübəsi olanlar edə bilər: "Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir. Qondarma "erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır. Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır. Bu yalana qarşı qoyulmalı olan həqiqətlər isə 100 ildən çoxdur unudulur və bu barədə danışmaq istəmirlər".

Baş nazirin müavini əlavə edib ki, Türkiyənin müxtəlif bölgələrində, Azərbaycanda ermənilər tərəfindən qırğınların törədilməsi, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu həqiqətin bir hissəsidir: "Nəhayət, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq insanın etnik təmizləməyə məruz qalması bəşəriyyətin susduğu, haqqında danışmaq istəmədiyi reallıqlardandır”.

O vurğulayıb ki, Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir.

OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...