Ələt-Astara yolunda dəhşətli qəza: sürücü saxlanılıb

Ələt-Astara yolunda dəhşətli qəza: sürücü saxlanılıb

Ələt-Astara yolunda toqquşan iki avtomobildən birinin sürücüsü saxlanılıb.

Baş dövlət Yol Polisi İdarəsindən bildirilib ki, KamAZ markalı yük avtomobili ilə toqquşan Mersedes-Vita markalı mikroavtobusun sürücüsü Elturan Fərəcov barəsində cinayət işi başlanıb və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində "Mersedes” markalı mikroavtobusun KamAZ markalı yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər ölüb, iki nəfər xəsarət alıb. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR