Ələmdar Quliyevə vəzifə verildi

Ələmdar Quliyevə vəzifə verildi
İmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) müdir təyinatı olub.

Report-un məlumatına görə, müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib.

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb. Evlidir, 2 övladı var.

OXŞAR XƏBƏRLƏR