Elektroşokla tok verib... - POLİS İŞGƏNCƏLƏRİ

Elektroşokla tok verib... - POLİS İŞGƏNCƏLƏRİ
Son 5 ildə təkcə Tatarıstanda həbs olunan polislərin sayı 600-dən çoxdur.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı yazıb.

Saxlanılanlara qarşı zorakılıq, işkəncə faktları MDB ölkələri üçün xas olan xüsusiyyətdir. Polis də plan verir. Əgər cinayət açılmırsa, onların sayı durmadan artır. Bu isə şöbənin, bölmənin töhmət alması ilə nəticələnir. 
 
Ona görə müəyyən bir cinayətə görə həbs edilən şəxslərin boynuna etmədikləri, bağlı qalan cinayətlərin də "yüklənməsi” adi şeydir.
 
Anton adlı vətəndaş deyir ki, onu avtomaqnitafon oğurlamaqda şübhəli bilərək bölməyə gətiriblər. Burada cinayəti etiraf etməsi üçün işgəncəyə məruz qalıb. Əlləri arxadan bağlanaraq yerə uzadılıb. Başına əleyhqaz keçirilib. Əleyhqazın hava filtri zədəli olduğu üçün nəfəs ala bilməyib. Nəhayət dözməyərək cinayəti boynuna alıb. Üstəlik 48 anoloji epizodu da onun ayağına yazıblar. Sonradan Antonun prokurorluğa etdiyi şikayətə görə araşdırmalar başlayıb.

Sahə müvəkkili tərəfindən döyülən Niqmatulin isə bədənin 21 dəfə elektroşokla tok veriblər. Ekspertiza verdiyi rəyə baxmayaraq sahə müvəkkili deyir ki, zərərçəkmiş özü-özünə tok verib.

Digər bir məhbusa da tok veriblər. Qətllə bağlı şübhəli şəxs kimi saxlanılan Maksimin əlini – qolunu bağlayıblar. Cinayəti etiraf etmək üçün cinsiyyət orqanına tok verilib. Belə işgəncə ilə insan təbii ki, lap Con Kennedini öldürdüyünü belə etiraf edər.

Kirov rayonundakı Yudino polis şöbəsinə gətirilən Drazdovdan ilkin izahat alan polislər onu "ağıllandımaq” üçün yerə uzadıb, əl-ayağını bir-birinə arxadan iplə bağlayıblar. Bu halda da kamereya atıb evə gediblər. Drozdov səhərə yaxın keçinib. Bu işlə bağlı 4 polis məhkəmə qarşısına çıxarılıb.
İşgəncələrə qadınla da məruz qalır. Barmaqların burulması, dırnağın altına iynə yeridilməsi kimi orta əsrlərdəki işgəncələr indi də polis tərəfindən tətbiq edilir.

Ac və susuz saxlanılma, tualetə buraxılmamaq kimi vasitələr də effekt verir.

İlqar Atabəyli
Sfera.az


OXŞAR XƏBƏRLƏR