Elektron Ticarətin İnkişafında Lider Bank - AGBank

Elektron Ticarətin İnkişafında Lider Bank - AGBank

Azərbaycan Respublikası Mərkəzi BankıvəAzərbaycan Banklar Assosiasiyasınağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan etmiş və qalib bankları mükafatlandırmışdır.


"Elektron Ticarətin İnkişafında Lider Bank” nominasiyasındal yer AGBank ASCqazandı!


Mükafatlandırma tədbirində Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev tərəfindən qeyd olundu ki, ölkədə nağdsız ödənişlərin inkişafı Mərkəzi Bankın fəaliyyətinin ən mühüm prioritetlərindən biridir və bu istiqamətlərdə Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, aidiyyatı dövlət qurumları, bank sektoru ilə birlikdə davamlı tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır.


Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirdi ki, qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da öz növbəsində xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir.


1992-ci ildən fəaliyyətə başlayan və bu il öz 27 illiyini qeyd edəcəkAGBank ASCbu illər ərzində müştərilərinin etimad və etibarını qazanıb. Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilir.


AGBank. Zəngin olmaq – haqqınızdır!


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...