Elektron Hökumət Təlim-Tədris Mərkəzi yeni təlimlərə başlayır

Elektron Hökumət Təlim-Tədris Mərkəzi yeni təlimlərə başlayır

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılmış Elektron Hökumət Təlim-Tədris Mərkəzi (EHTTM) fəaliyyətini genişləndirir. Mərkəz informasiya texnologiyaları və insan resurslarının inkişafı sahəsində növbəti təlimlərə start verib.


Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimlər "Elektron Hökumət” üzrə informasiya texnologiyaları bilikləri və bacarıqlar, ofis və dizayn proqramları ilə iş və ondan peşəkar istifadə, informasiya texnologiyaları texniklik və informasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları və sistem inzibatçılığı, proqramlaşdırma, kodlaşdırma və insan resurslarının inkişafı istiqamətlərini əhatə edir.


Geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulan təlimlərdən ayrı-ayrı fərdlər, tələbələr, dövlət qulluqçuları və özəl müəssisələrdə çalışan işçilər bəhrələnə biləcəklər. Mərkəz bu məqsədlə dövlət qurumları, özəl şirkətlər və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığa hazırdır.


EHTTM-in Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Qazax, İmişli, Göyçay, Qəbələ, Şamaxı, Şirvan, Şəki, Qusar, Zaqatala və Bərdə şəhərlərində yerləşən regional mərkəzləri var. Bunun sayəsində təkcə Bakıda deyil, həmçinin regionlarda da əhalinin, xüsusən də gənclərin İKT biliklərinin artırılması, mövcud bacarıqlarının inkişafına töhfə veriləcək.


Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi kompyuter və informasiya texnologiyaları sahəsində istifadəçilərin biliklərinin artırılmasına xidmət edir. Burada İKT biliklərinin inkişafı üçün mütəmadi olaraq peşəkar təlimlər təşkil olunur.


Müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş kompyuter otaqlarında və laboratoriyalarda təcrübəli və peşəkar müəllimlər tərəfindən ən müasir metodika ilə təqdim edilən təlimlər sayəsində hər bir tələbənin keyfiyyətli biliklər əldə etməsinə zəmanət verilir.


Mərkəz Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ünvanında yerləşən əsas ofisində fəaliyyət göstərir. Əməkdaşlıq və təlimlərdə iştirak etmək üçün (012) 5050113 və (077) 5050113 əlaqə nömrələri, [email protected] e-poçt, www.e-training.az və www.telim.az saytları vasitəsilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, mərkəzin "facebook”, "twitter”, "Instagram” səhifələri xidmət göstərir.

 


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...