Elektriklə işləyən avtomobillər bizdə nə zaman olacaq? – VİDEO

Elektriklə işləyən avtomobillər bizdə nə zaman olacaq? – VİDEO
Sfera.az bildirir ki, ARB TV-nin "Günə doğru” verilişinin növbəti buraxılışında elektriklə işləyən avtomobillərlə bağlı maraqlı sujet yayımlanıb.

Elektriklə işləyən avtomobillər gələcəyin avtomobilləridir. Ona görə də yaxın gələcəkdə benzinlə, dizellə, qazla işləyən avtomobillərin yerini elektrik avtomobilləri tutacaq. Bizdən uzaqda və ya yaxında yerləşən bəzi ölkələrdə konkret vaxt da qoyulub ki, bütün avtomobillər elektriklə işləyən olmalıdır. Orda olanlar belədir, bəs bizdə necədir?

Elməddin Muradlı (ekspert):
 
"Bizdə sayı olduqca azdır. O cür avtomobillərin ölkəmizdə geniş yayılmamasına səbəb, onların detallarının və ustalarının az olması ilə əlaqədardır”.

Azdır, hətta axtarıb tapmaq da müşkül məsələyə çevrilib. Hələ bu azmış, üstəlik ənənəvi gördüyümüz avtomobillər ekologiyaya da ciddi ziyan vurur. Ona görə də elektriklə işləyən avtomobillər bu məsələdə çox böyük iş görür.

Azər Allahverənov (ekspert): "Həmin tip avtomobillərin istifadə olunması dövlətin ekoloji sahəyə ayırdığı vəsaitə qənaətinə səbəb ola bilər. Məsələnin görünən və görünməyən tərəfləri var”.

Görünəndən biri də odur ki, Böyük Britaniyada 2040-cı ildən etibarən benzinlə və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək. Satış olmayacaqsa, deməli onları alanlar da olmayacaq. İnsanlar elektriklə işləyən avtomobilləri alacaqlar. Fransa da qonşusundan geri qalmaq istəmir, o da belə edəcək. Bu təkcə Avropada deyil, ondan uzaq məsafədə yerləşən Çin də, benzinlə və dizellə işləyən avtomobillərə qadağa qoyacaq. Biz də bunu edə bilərik. Amma iş orasıdır ki, belə avtomoillərin ölkəyə gətirilməsi ilə bağlı problem var.

Elməddin Muradlı (ekspert): "Ölkəyə gətirilən avtomobillərin mühərrikinin gücü yoxlanılıb hesablanır. Ona uyğun gömrük tətbiq olunur. Elektrik mühərrikinin gücü yoxdur. Qanunvericilikdə bir balaca boşluq qalır”.

Belə avtomobilləri deyək ki, gətirməyək. Onda necə edək. Çıxış yolu isə həmişə var.

Azər Allahverənov (ekspert): "Bizdə istehsal olunan avtomobillərdə green-car gündəmə gətirilə bilər”.

Azərbaycan 3 bölgəsində avtomobil zavodları var. Var olan yerdə, əlavə olaraq bu avtomobillərin elektrik mühərrikli versiyaları hazırlana bilər. Olan elektrik avtomobillərin isə enerji yükləmə məntəqələri istənilən səviyyədə deyil.(musavat)


=

OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...