Eldəniz Səlimov bugünkü iclasda nə danışıb?

Eldəniz Səlimov bugünkü iclasda nə danışıb?
 Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
  
Sfera.az-ın Modern.az-a istinadən məlumatına görə, polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.

Müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub.
 
Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

E. Səlimov daha əvvəl sosial şəbəkədə polis əməkdaşına xəsarət yetirməsinə görə üzr istəyib.

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...