Eldəniz Elgünə Real TV-də vəzifə verildi: \"Çox ciddi layihələrimiz var\"

Eldəniz Elgünə Real TV-də vəzifə verildi: \
Tanınmış jurnalist Eldəniz Elgün Real TV-də işə başlayıb. 


E.Elgün modern.az-a faktı təsdiqləyib. 


O bildirib ki, bu gündən Real TV-də çalışır:

"Məlumat doğrudur. Mən Real TV-də Real Təhlil İnformasiya Mərkəzinin redaktoru təyin olunmuşam”.


Jurnalist bildirib ki, yeni və fərqli layihələrlə tamaşaçıların qarşısına çıxacaq:

"Çox ciddi layihələrimiz var. Bir neçə günə texniki-təchizat məsələləri həll edildikdən sonra layihələrimizi reallaşdıracağıq. Bildiyiniz kimi, buna qədər "Space” televiziyasında inzibati işlərdə çalışırdım. Artıq yaradıcı işlərə ehtiyac duyduğumu hiss etdim. Ona görə də Real TV-i ilə işə başladıq. Çalışacağam ki, tamaşaçaıları çox bezdirməyim, amma həm də hər gün onların görüşünə gəlim. Bir sözlə, bu gündən Azərbaycan mətbuatında söz sahibi olan Mirşahin Ağayevlə çalışacam. Mirşahin mənim üçün hərfin yox, sözün sahibi olub”.

E.Elgün "Space” televiziyasındakı işindən ayrılsa da, əməkdaşlığı davam etdirəcəyini vurğulayıb:

"Bu günədək AzTV-də, "Space”də, ANS-də çalışmışam. Bu gün isə "Real”ın əməkdaşıyam. Mən işlədiyim redaksiyalarda hər kəslə dost olmağa çalışmışam. "Space”də də sonuncu dəfə dünyaca ciddi rejissorun, dəyərli rəhbərin - Vaqif Mustafeyevin yanında işlədim və birgə fəaliyyət göstərdiyimə görə fəxr edirəm. İnanıram ki, onlarla əməkdaşlığımız davam edəcək. Ən azından özümü Vaqif Mustafayevin etibarlı dostu hesab edirəm. Yaradıcı işə keçmək istəyimi bildirəndə də məni anlayışla qarşıladı. Uzaq yerə getmədim ki, düşüncə ocağına Mirşahinin yanına gəldim”.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...