Eldar Mahmudov yenə ifadə verdi — 1 milyard dollar hara çıxarılıb?

Eldar Mahmudov yenə ifadə verdi — 1 milyard dollar hara çıxarılıb?
Sfera.az  "AzPolitika”ya istinadən xəbər verir ki, bu dəfə Mahmudov oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı dindirilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

Saytın dərc etdiyi fotolardan birində Eldar Mahmudov İstintaq İdarəsindən çıxarkən fotosunun çəkildiyini hiss etdiyi, həmin tərəfə nifrət və qəzəblə baxdığı görünür.


Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. Bu iş üzrə onun azı iki dəfə ifadə verdiyi məlumdur, çünki keçmiş nazirin İstintaq İdarəsindən çıxarkən fotolarını çəkib yaymışdılar. Habelə MTN-çilərdən zərər çəkənlərin bir neçəsi Mahmudovu güdüb idarədən çıxarkən yaxalamışdı və üzünə tüpürmüşdü.

İndi E.Mahmudovun oğlunun ölkədən 1 milyard dollar pul çıxarması epizodu üzrə dindirilməsi barədə xəbər təsdiqlənərsə bu o deməkdir ki, keçmiş nazirin ardınca oğlu da istintaqa cəlb olunacaq. Hansı ki, Anar Mahmudovun "Caspian Crystal” holdinqinin rəhbəri kimi hazırda da biznesini davam etdirir.

Digər maraqlı məqam bundan ibarətdir ki, bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət yolu ilə əldə edilmiş 1.7 milyard dolları leqallaşdırmaqda və xarici offşor hesablara ötürməkdə təqsirləndirilən iki nəfərə-Malik Əliyevə və Vüqar Osmanova hökm çıxarıb, onları uzunmüddətli həbsə məhkum edib. Lakin bu cinayət işinin təfərrüatları ilə bağlı məlumat yoxdur, bununla belə həmin şəxslərin əslində Mahmudovun qruplaşmasına daxil olduqlarını göstərən bəzi dəlillər var.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...