Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb

Eldar Mahmudov ölkədən 1 milyard pul çıxarıb
 "MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq nazir Eldar  Mahmudovun həbs ehtimalı artıb. Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib.
Sfera.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, ötən həftə davamlı olaraq istintaqa dəvət olunan Eldar Mahmudovun  ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.

Məlumata görə, istintaqda Mahmudova ünvanlanan əsas suallar ölkədən çıxardığı pullarla bağlıdır. Onun oğlunun Böyük  Britaniya Krallığının paytaxtı Londonda sahibləndiyi bahalı əmlaklar barədə olub. İstintaq Eldar Mahmudov ailəsinin sahib olduğu bu əmlakların cinayət yolu ilə əldə olunması qənaətindədir. Odur ki, sabiq nazirin həmin əmlakları qaytarması əsas mövzudur.

Qəzet yazır ki, E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.  Başqa bir mənbə isə  Eldar Mahmudovun dekabrın 19-da  da növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıldığını iddia edib.  A.Çovdarovun vəkilinin açıqlamasından sonra "bəs Eldar Mahmudovu kim  ələ verib” sualı açıq qalır. Əcəba, onun sirlərini  əmisi oğlumu açıb?  

Maraqlıdır ki, Eldar Mahmudov hələ də istintaqa vəkili olmadan gedir. Hüquqşünasların  rəyinə görə, bu, ona hələ rəsmi ittiham elan olunmadığını göstərir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Eldar  Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona hətta  dövlət hesabına vəkil təyin oluna bilər. 

OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...