Eldar Əzizov sektor müdirini işdən çıxardı - YENİ TƏYİNAT
17:23 / 26.12.2018
2082
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sektor müdirini işdən çıxarıb.
Eldar Əzizovun müvafiq əmri ilə, Kadr məsələləri sektorunun müdiri Gülarə Mustafa qızı Mürsəliyeva vəzifəsindən azad olunub. Onun yerinə isə İlahə Həsənzadə təyin olunub.
O, bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyəti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində Məsləhətçi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışıb.
Xəbəri Bakı Şəhər İcra Hakmiyyətindən təsdiqləyiblər/Unikal.org