Cəmİyyət

Eldar Əzizov Bakı meriyasında islahatlara başlayır: kimlər gedəcək?

Eldar Əzizov Bakı meriyasında islahatlara başlayır: kimlər gedəcək?
Bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirildi. Eldar Əzizov Bakı meriyasının başçının müavini təyin edildi.

Hazırda BŞİH-nin başçısı postu boş  olsa da,  kadr islahatlarının nə vaxt aparılacağı məlum deyil.

İddialara görə, Bakı şəhər İcra  Hakimiyyətinin mətbuat xidməti, eləcə də ictimai-siyasi humanitar məsələlər şöbəsində dəyişiklik ola bilər. Buna səbəb kimi Eldar Əzizovun Səbayıl rayon İcra Hakimiyyətindəki köhnə kadrını yanına gətirməsi iddia olunur.

Modern.az səslənən iddialara cavab öyrənməyə çalışıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov açıqlamasında iddiaların əsassız olduğunu deyib: 

"Bakı şəhər İcra Hakimiyyətininin həm ictimai-siyasi və humanitar məsələlər şöbəsi, həm də mətbuat xidməti  yerindədir. Həmçinin, mən də öz iş yerimdə, Səbail Rayon İcra Hakimiyyətindəyəm”.

İsrafil Kərimov Bakı şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri məsələsinə də münasibət bildirib: 

"Hələ heç bir yenilik yoxdur. Bakı şəhər İcra Hakimiyyətində nə kimsə işindən azad olunub, nə də kimsə işə götürülüb. Hamı köhnə qaydada işinin başındadır”. (qaynarinfo.az)
 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31