Maqazİn

“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” – Vəkil danışdı

“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” – Vəkil danışdı
Son günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də adı hallan ailə münaqişəsi ilə bağlı ittiham olunan iş adamı Elçin Nəcəfovun vəkili iddialara münasibət bildirib.
Sfera.az bildirir ki, vəkil Xəyal Bəşirov qafqazinfo-ya açıqlamasında bildirib ki, müvəkkili E.Nəcəfov və Turanə Nəcəfova 2004-cü ildə rəsmi nikaha daxil olublar, 2 il əvvəl isə rəsmi olaraq boşanıblar:

"Elçin Nəcəfovun ailəsinin nikahını pozan müğənni Aysel Əlizadə deyil. Bu iddia əsassızdır, elə olsaydı, onlar bu iki il ərzində evlənərdilər. Hazırda Aysel Türkiyədə, Elçin isə Bakıda yaşayır. Bu da sübut edir ki, bu iki şəxsin ən azından bu gün münasibəti yoxdur”.

X.Bəşirov uşaqların qəyyumluğu ilə bağlı da danışıb:

"Ali məhkəməyə qədər uşaqların anada qalması qərarı qüvvədə olub. Məhkəmə prosesi zamanı böyük uşağın 9 yaşı var idi, ama indi 11 yaşı var. 2018-ci il oktyabrın 1-də Zeynəbin 10 yaşı tamam oldu, qərar isə oktyabrın 18-də verildi. Qanunvericiliyə görə, uşağın 10 yaşı tamam olduqdan sonra özünün fikir mütləq dinlənilməli və nəzərə alınmalıdır. Amma Ali Məhkəmədə bu nəzərə alınmayıb. Zeynəb aşağı isntansiya məhkəmələrində də anasından qorxduğunu, onu istəmədiyini deyib. İndi də atası ilə qalmaq istədiyini bildirir. Sadəcə, həmin zaman 10 yaşı tamam olmadığı üçün fikri nəzərə alınmayıb. Uşağın 10 yaşı tamam olduqdan sonra biz yeni iddia qaldırdıq və hazırda Nərimanov rayon məhkəməsində iş gedir. Zeynəbin anasına verilməsinin icra olunmamasına gəldikdə isə biz yeni iddia qaldırdığımız üçün qərarın icra olunması məcburi dayandırılıb. Bu qanunun tələbidir.

Qarşı tərəf icra məmurlarının öhdəliklərini yerinə yetirmədiyini deyir, ama həmin məmurlar Elçin Nəcəfovdan 15 gün ərzində 10 min manata yaxın aliment tutub qarşı tərəfə ödəyiblər”.

Vəkil müvəkkilinin biznesi və varidatı haqda da açıqlama verib:

"Elçin Nəcəfovun avtosalonu yoxdur, sadəcə obyekt icarəyə götürüb işlədir. Maşınını satmaq istəyən şəxslərin avtomobillərini həmin salona qoyaraq satışını təşkil edir. Onun tikinti şirkəti olması, Ayselə "Porshe” alması yalan məlumatdır. Elçin Nəcəfov milyonçu deyil, o maşın da Ayselin özünündür. Məhkəmədə mülkiyyətin bölüşdürülməsi zamanı da Elçin Nəcəfovun varidatı rəsmi olaraq ortaya çıxdı. Cəmi iki əmlak müəyyən olundu. Bakıdan kənarda yerləşən torpaq sahəsi və "kupça”sı olmayan mənzil var idi. Biz qarşı tərəflə razılığa gəldik ki, Türanə Nəcəfovaya bir mənzil alınacaq və bununla da barışıq sazişi imzalandı”.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031