Əl-Qaidənin azərbaycanlı komandirindən - ŞOK AÇIQLAMALAR

Əl-Qaidənin azərbaycanlı komandirindən -  ŞOK AÇIQLAMALAR

“Bakıda doğulmuşam. Adım Mahmuddur, 30 yaşım var. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Tələbəlik illərindən islam dünyasında baş verən zülmləri təqib etmişəm. 2009-cu ildə bu zülmə qarşı mübarizədə töhfəm olsun deyə Əfqanıstana getdim”.

Bu sözləri Suriyada Əsəd rejiminə qarşı döyüşən Əl Qaidənin azərbaycanlı komandiri Mahmud Azəri müsahibəsində deyib.

O, “Furkan Azəri” ləqəbli azərbaycanlı jurnalistə geniş intervyüsunda Əfqanıstandan sonra üç ildir Suriyada olduğunu söyləyib:

“Əfqanıstan torpaqları bizə çox şey öyrətdi. Sanki bir məktəb oldu. Daha sonra Əsəd rejiminin illərdir müsəlmanlara etdiyi zülmə qarşı dirənişə başladıq. 2013-cü ildən buradayam. Ancaq Suriyada İŞİD fitnəsi ortaya çıxdı və bu, bizi çox məyus etdi.

Müsəlmanların qruplara bölünməsindən çox üzüldük. Zaman keçdikcə İŞİD-in iç üzü açılmağa başladı və müsəlmanlara verdikləri ziyanlar bəlli oldu. Biz ilk gündən onlardan uzaq olduq. Allah onların bəsirət gözlərini açsın ki, ağı qaradan ayıra bilsinlər”.

Mahmud Azəri media imkanlarının zəif olmasından gileylənib: “Ona görə də buradakı vəziyyəti Qafqaza çatdıra bilmirik. Ancaq İŞİD gəncləri öz tərəfinə çəkmək üçün təbliğat kampaniyası qura bilib.

Çox təssüf ki, xeyli sayda azərbaycanlı da İŞİD-ə qoşulub. Ancaq təkfirçiliyə getməyən yüzlərlə azərbaycanlının olduğunu da söyləmək lazımdır. Cəhalət olduğu üçün azərbaycanlılar onların tələsinə düşür.

Əl-Qaidə döyüşçüsü son real vəziyyəti təsvir edib: “Əslində, Suriyada Əsəd deyə bir qüvvə yoxdur. Meydanda İran-Hizbullah-Əsəd ittifaqı var. İran geri çəkilsə, Əsəd bir ay dözə bilməz”.

O əlavə edib ki, insanların pul qarşılığında İraq və Suriyaya gəldiyini deyənlərə gülür: “Görürsünüz ki, indi də başımızın üzərində təyyarələr uçur. Hər an ölə bilərik. Pul üçün çox şey etmək olar, amma ölümə getməzlər”.

M.Azəri savaşı Azərbaycana keçirməklə bağlı qətiyyən düşünmədiklərini söyləyib: “Bizim Azərbaycan xalqı ilə bağlı planımız odur ki, islamı onlara çatdıraq, ibadətə çağıraq. Qətiyyən ölkəmizdə savaşmaq planımız yoxdur. Dünyada və xüsusilə Azərbaycandakı müsəlmanlara sözüm budur ki, bizim üçün dua etsinlər, bizə edilən zülmləri görsünlər, yardım etsinlər”. //axar

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...