Əl-ələ tutub binadan atladılar – “Mavi balina” şübhəsi

Əl-ələ tutub binadan atladılar – “Mavi balina” şübhəsi

Türkiyənin Qaziantep şəhərində iki şagird qız – S.K və P.Ş intihar etmək üçün tikilməkdə olan binanın 2-ci mərtəbəsinə çıxıblar.

Sfera.az "Qafqazinfo”-ya istinadla xəbər verir ki, 15-16 yaşlarında olduğu bildirilən iki qız əl-ələ tutaraq aşağı atlayıblar.


Hadisəni görən fəhlələr dərhal təcili yardıma məlumat veriblər. Ağır xəsarət alan qızlar xəstəxanaya yerləşdiriliblər.


Şagirdlərin "mavi balina” adlı oyunun təsiri ilə özlərini öldürməyə cəhd etdikləri iddia edilib. Hazırda polis iddia və faktla bağlı araşdırma aparır.

 

 


OXŞAR XƏBƏRLƏR