Ekstrasensdən alpinistlərlə bağlı İLGİNC AÇIQLAMA

Ekstrasensdən alpinistlərlə bağlı İLGİNC AÇIQLAMA
Ekstrasens Zirəddin Rzayev ötən ilin dekabrında itkin düşmüş alpinistlərlə bağlı verdiyi proqnozların doğru çıxdığını deyib.
 
Sfera.az xəbər verir ki, ekstrasens bu barədə şəxsi İnstaqram səhifəsində yazıb. O, əvvəlcə yanvarın 16-da alpinistlərlə bağlı verdiyi proqnozu xatırladıb:
 

 
"İnstaqramda mənə itən alpinistlər barədə tez-tez suallar verirlər. Çox təəssüf edirəm, amma onlar sağ deyillər. Mən onlardan birini digərlərindən ayrı görürəm. Fikrimcə, 20 fevrala kimi alpinistlər tapılacaq. Təəccüblüdür ki, onlardan biri digər ikisindən sonra ölüb. Qoy onların yaxınları mənim sözlərimi ürəklərinə salmasınlar. Yaxşı olacağına inanaq. Ümid edirəm ki, proqnozum səhv çıxacaq, mən yanılmış olacam”.
 
Ekstrasens bugünkü paylaşımında isə yanvarın 16-da verdiyi proqnozla nəticəni müqayisə edib və fevralla mayı səhv saldığını bu cür aydınlaşdırıb:
 
"Çox təəssüf ki, alpinistləri ölü tapdılar. Məhz mənim dediyim şəkildə, əvvəl birini, daha sonra ikisini. Bir də ki, mən 2 rəqəmini görmüşdüm. Ona görə də dedim ki, alpinistlər 20.02 tarixinə kimi tapılacaqlar. Ay təqviminə görə ikinci aylı gündə - 16 mayda onlar tapıldılar”.
 
Qeyd edək ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Daha sonra isə digər meyitlər tapılıb.
 
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən alpinistlərin meyitləri ailələrinə təhvil verilib.(GoldNews.az)


OXŞAR XƏBƏRLƏR

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...