Ekspertdən BDU-nun yeni rektoruna təkliflər – “Cangüdənə, xüsusi maşına ehtiyacı olmasın”

Ekspertdən BDU-nun yeni rektoruna təkliflər – “Cangüdənə, xüsusi maşına ehtiyacı olmasın”
"Son illərdə Azərbaycan təhsili inkişaf yolundadır, amma ali məktəblər bundan kənarda qalırlar və müasir çağırışlara cavab vermirlər. Bunun əsas səbəbi onların fəaliyyətindəki müddətsizliklə bağlıdır. Bilirsiniz ki, ölkə prezidenti qanunvericiliyə dəyişiklik etdi və bundan sonra dövlət universitetlərinə rektorlar 5 il müddətinə rəhbərlik edəcəklər. Hesab edirəm ki, rektorların 5 il müddətinə təyin olunması universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək.”

Bunu təhsil eksperti Kamran Əsədov  açıqlamasında deyib. O bildirib ki, 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq:

"Ona görə də universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar. Fəaliyyəti hər hansı bir zamanla məhdudlaşmayan rektorlar dünya səviyyəli universitet olmağı hədəfləmir və bu baxımdan elmi-tədqiqat potensialını gücləndirməyi əsas vəzifə kimi qarşılarına qoymurlar. Amma bundan sonra fəalliyyəti dövründə müsbət tendensiya olmayanlar növbəti dəfə seçilməyəcəklər. Burda neçə dəfə seçilməsi nəzərdə tutulmur. Bu ancaq bundan sonra təyin olunacaq rektorlara aiddir.

Bakı Dövlət Universiteti Azərbaycanın flaqman, ən böyük universitetidir. Ətrafında çox böyük insan kütləsini toplayıb. Təəssüf ki, son illərdə Universitetin həm beynəlxalq reytinqi, həm də yerli reytinqi gerilədi. Düşünürəm ki, BDU-da ciddi islahatlara ehtiyac var. Ən əsas universitetin tələbə yataqxanası problemi həll olmalıdır. Ondan sonra BDU-nun elektron xidmətlər sistemi yaradılmalıdır. Bunun ardınca xaricdən tələbə qəbuluna ciddi diqqət yetirmək lazımdır.  BDU-da elmi tətqiqat işlərinin istiqaməti dəyişməlidir. Daha çox kapital, gəlir əldə edilməsi istiqamətində fəaliyyətə yer verilməlidir”.

K.Əsədov BDU-ya yeni təyin olunan rektor Elçin Babayevə də təkliflər verib:

"Təklif edirəm ki, yeni rektorun qəbul günləri çoxalsın. 20 mindən çox tələbəsi olan bir universitetdə həftənin 2 günü (təxmini 3 saat) rektorun qəbul günü olması çox gülünc vəziyyətdir. Bundan başqa, elə şərait yaradılsın ki, rektorun cangüdənə, xüsusi bir maşın, mühafizəyə ehtiyacı olmasın. Əvvəlki rektorların dövründə  onların qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən çətin idi.  Rektor əlçatan olmalıdır. BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan "kəsilirlər”. 

Tələbələr rahatlıqla rektorlarına yaxınlaşa bilsinlər. Tələbələrlə tez-tez görüş keçirilməsini, istedadlı gənclərə maddi və mənəvi kömək olunmasını, onların öz biliklərini daha da artırması üçün xarici ölkələrə göndərilməsini görmək əla olardı. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğunu görmək xoş olardı”.

Ekspert vurğulayıb ki,  BDU-nun yen rektoru müntəzəm olaraq tələbələr arasında tez-tez anonim yazılı sorğular keçirsə, yaxşıdır:

"Onların müxtəlif məsələlərlə bağlı problemləri, çətinlikləri, fikirləri və təklifləri öyrənilsin. Bundan başqa, BDU-da dərs saatlarına yenidən baxılsın. Elə dərs saatları olmalıdır ki, şəhərdə tıxacın azalmasına da təsir etsin.Yəni bəzi universitetlər kimi, dərs saatının 08.30-da deyil, 09.00-da olmasını təklif edərdim. Bu həm də uzaqdan gələn tələbələrin dərsə gecikməməsinə şərait yaradar.  Eyni zamanda  işləmək imkanı olan tələbələrə şərait yaradılmalıdır. Xarici ölkələrdən peşəkar müəllimlər dəvət olunmalı, gənc müəllimlərə imkanlar açılmalıdır. 

Nəzərə alsaq ki, bu il BDU-nun 100 yaşı olur, deməli, adına, yaşına uyğun islahatlar həyata keçirilməlidir. Ümid edirəm ki, yeni rektor 5 illik fəaliyyəti dövründə BDU-nun əvvəlki nüfuzunu bərpa edəcək”."Yeni Sabah”

OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...