Ekspert: “Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür”

Ekspert: “Zəruri olmadıqda avtobusa minməyən sərnişinlərə təşəkkür düşür”
 Paytaxtda pandemiyanın yayılması ilə əlaqədar metronun fəaliyyətini dayandırması sərnişin axınını avtobuslara yönəltdi. Bununla belə günün pik saatları istisna olmaqla paytaxtda avtobusların heç də sıx deyil, yarıdolu vəziyyətdə getdiyinin şahidi oluruq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov fed.az-a verdiyi açıqlamada avtobuslarda sərnişin azlığının səbəblərinə toxunub:

"Birinci dəfə Bakıda karantin rejimi dövründə metro bağlananda avtobuslar daha çox yükləndi. Bu dəfə isə avtobuslarda sıxlıq nisbətən azdır. Çünki sərnişinlər daha diqqətli davranırlar. Artıq əksəriyyət bilir ki, virus daha geniş yayılıb. Birinci dəfə isə virusun varlığına çox adam inanmırdı. Çünki o vaxt yoluxma az idi. İndi isə gündəlik yoluxma halı çoxdur. İnsanlar arasında məlumat da kifayət qədərdir. İnsanlar artıq özlərini qorumağa daha diqqətlə yanaşır, daha az evdən çıxır və daha az avtobusdan istifadə edirlər. Buna görə sərnişinlərə təşəkkür etmək olar”. 
Ekspert sərnişin sıxlığının az olmasında daşıyıcı şirkətlərin də əməyini xüsusi vurğulayıb:

"Bakı Nəqliyyat Agentliyi (BNA) fəaliyyətini operativ həyata keçirir və daşıyıcıları tam səfərbər edib. Paytaxtda sərnişindaşımanı həyata keçirən daşıyıcı şirkətlər tam səfərbər olublar. Hazırda iqtisadi maraqlar kənara qoyularaq əhali ilə birgəlik nümayiş etdirilir ki, iqtisadi baxımdan zərərli olsa da bu vəziyyətdən çıxılsın. Ekspres və digər marşrutların tezliyi bu dəfə daha yüksəkdir. Dövlət idarələri də bu dəfə prosesə daha həssas yanaşdılar. Fəaliyyətinə icazə verilən qurumlar öz işçilərini daşımaq üçün servislər təşkil edirlər. İş qrafiklərin sürüşdürülməsi də aparılır ki, bu da sərnişin sıxlığına təsir edir”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...