Ekspert: \"Yaxın illərdə bütün hərbçilər mənzillə təmin olunacaqlar\"

Ekspert: \

"Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə Bakıda, Gəncədə, Naxçıvanda mənzillər verilib. Bundan başqa, 2019-cu il ərzində 200-dən çox xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib. Bu prosesin 2020-ci ildə də davam etdirilməsi planlaşdırılır".

Sfera.az reporta-a istinadla xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli deyib.

O vurğulayıb ki, hərbçilər ölkə üzrə qeydiyyat və ya xidməti ərazi üzrə mənzillərlə təmin olunurlar: "Ümumiyyətlə, dövlətin qarşısında duran əsas məqsəd hərbi qulluqçuların mənzil problemlərinin həlli məsələsini sona çatdırmaqdır. Dövlət proqramına əsasən, yaxın illərdə bütün hərbi qulluqçular mənzillə təmin olunacaqlar".

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu formalaşdığı ilk illərdə hərbi qulluqçuların mənzillə təminatı sahəsində ciddi problemlər mövcud olub: "Hətta Sovet dövründən miras qalan hərbi şəhərciklərin demək olar, əksəriyyətində işğal olunmuş ərazidən məcburi köçkün düşmüş soydaşlarımız yerləşdirildiyindən hərbçilərin böyük hissəsi mənzil problemi ilə üzləşirdi. 

Hərbi ekspert Ramil Məmmədli:

"Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir"

 

2000-ci illərin əvvəllərindən başlayaraq ölkə rəhbərliyi hərbçilərin mənzil probleminin həlli ilə bağlı qanunvericilik bazasını yenilədi. Prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Komissiya yaradılıb. Həmin komissiya mərhələli şəkildə hərbçilərin bu istiqamətdəki problemlərinin həlli ilə bağlı tədbirlər həyata keçirir. Yeni şəhərciklər inşa edilir, torpaq sahələri verilir və hərbçilər xidməti mənzillərlə təmin olunurlar".

R.Məmmədli bildirib ki, istənilən vətəndaş üçün mənzillə təminatı onun həyatının prioritet hissəsidir: "Hərbçilərdə isə bu bir qədər də vacib məsələdir. Çünki həyatını dövlətin təhlükəsizliyi və müdafiəsinə həsr edən şəxsin yüksək gəlir əldə etməsi bir qədər real deyil. Bu baxımdan dövlət müxtəlif formada hərbçilərin mənzil problemlərini həyata keçirir. Bu, dünyanın bir çox ölkəsində belədir. Azərbaycan da müstəqilliyinin ilk illərində bu məsələdə maneələrlə qarşılaşsa da, göründüyü kimi, indi bu problem öz həllini tapıb. Əlbəttə ki, hərbçilərin mənzillə təminatı onların xidmətinə də müsbət təsir göstərir. Artıq ev-mənzil problemi olmayan hərbçi öz xidməti fəaliyyətini rahat şəkildə, əlavə çətinliklər olmadan davam etdirir. Yəni hərbçi öz ailəsinin məskunlaşması - yaşayışı ilə bağlı hər hansı əziyyət çəkmir. Dövlətin hərbçilərin mənzillə təminatı məsələsində əsas məqsəd elə budur".


OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...