Ekspert: “Qəsəbələrdə habların yaradılmasına ehtiyac var”

Ekspert: “Qəsəbələrdə habların yaradılmasına ehtiyac var”
 

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qəsəbələrdə kiçik habların yaradılması nəzərdə tutulub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli fevralın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "Report"a açıqlamasında yeni habların yaradılmasının vacibliyindən danışıb:

"Əvvəllər "Koroğlu” metrostansiyası yaxınlığında avtobusların toplanma məntəqəsi var idi. Sonra orada Bakıətrafı qəsəbələrə gedən sərnişinlərin rahatlığı üçün hab yaradıldı. Bu, çox müsbət bir hal idi. Lakin digər bir istiqamət var ki, həmin istiqamətdə bir qədər işlər aparılmalıdır. Bu, Bakı-Sumqayıt, Bakı-Şamaxı istiqamətində olan ərazidir ki, həmin ərazidəki qəsəbələrdə yaşayan insanlar şəhərə gəlib-getməkdə çətinlik çəkirlər. Əks istiqamətdə problemlər "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə həll olunsa da, bu istiqamətdə hələ də qalır. Həmin ərazidə hərəkətin yaxşılaşdırılması üçün yeni avtobuslar gətirilməlidir. Bundan əlavə, Bakı şəhərinin bütün ətraf qəsəbə və kəndlərinə gedən yollarda çoxlu habların yaradılmasına ehtiyac var. Çünki bu ərazilərdən şəhərə axın çox böyükdür. Lakin Bakı-Sumqayıt və Bakı-Şamaxı istiqamətində hərəkət etmək üçün "20 Yanvar” metrostansiyası ətrafında və "Şamaxinka” ərazisində hab yaratmaq mümkün olmayacaq. Həmin ərazidə yolllar, körpülər və digər obyektlər bir-birinə o qədər sıx yerləşir ki, hab yaratmaq mümkün deyil. Ona görə də habların şəhər kənarında, daha doğrusu, şəhərin hüdudlarının bitdiyi yerlərdə qurulması daha məqsədəuyğundur. O ərazilər üzərində BNA təhlil işləri aparmalı və müəyyən layihə təklifləri ilə çıxış etməlidir. Burda vacib amillərdən biri odur ki, ictimaiyyətin fikri nəzərə alınsın. Həmin qəsəbələrdə yaşayan insanlar bələdiyyə sədrləri, bələdiyyə üzvləri ilə işlər aparılsın. Habların harada yaradılması, hansı nəqliyyat vasitələrinin olması, onların hansı saatlarda işləməsi və digər məsələlərlə bağlı bu şəxslərlə danışılsa, yaxşı olar”.

Qeyd edək ki, Prezidentin qəbulunda V.Kərimli yeni habların dairəvi dəmir yolunun ətrafında yaradılmasının planlaşdırıldığını deyib.


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...