Ekspert müharibə anonsu verdi - İRANLA ABŞ ARASINDA

Ekspert müharibə anonsu verdi - İRANLA ABŞ ARASINDA
 

 

"ABŞ-la İran arasında müharibə ola bilər. İran məsələsi 40 ildir ki, ABŞ-da dərin natamamlıq kompleksi yaradır”


Sfera.az-a açıqlamasında bu sözləri Vaşinqtonun Tehrana münasibətdə növbəti sanksiyalara start verməsinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib:

 

 

"ABŞ-ın Yaxın Şərq siyasətinin davamını hər zaman ziqzaqvari şəkildə müşahidə etməkdəyik. Barak Obama dövründə Vaşinqton Yaxın Şərq məsələlərindən uzaqlaşdıqları və prosesləri bölgə dövlətlərinin ixtiyarına verdiklərini bəyan etsə də, son proseslər göstərir ki, bütün bu vədlər manipulyativ xarakter daşıyır. Əslində Amerika heç yerdən uzaqlaşmır. ABŞ hələ də İran inqilabı ilə barışmır. Bu mənada da kobud şəkildə başqa dövlətin daxili işlərinə qarışmaqda davam edir. Ona görə də tətbiq etdiyi sanksiyalarda quruculuq, konstruktiv yanaşmadan əsər əlamət görmürük”.

 

Həmsöhbətimiz ABŞ-ı dünya siyasətində qaydasız döyüşlər tətbiq etməkdə suçladı: "Əslində ABŞ BMT-nin səlahiyyətini mənimsəməklə qaydasız döyüşlər tərzində hərəkət edir və dünyada xaos yaradır. Güclü dövlətlər hər zaman xaos yaratmaqda maraqlı olublar, gərginlik onlar üçün hər zaman açar rolunu oynayıb. Ancaq İranla ABŞ münasibətlərində sanki daş qayaya rast gəlib.İran Qrenada deyil ki, ABŞ kiçik hərəkətilə oradakı xoşuna gəlməyən rejimi devirsin. İranın böyük siyasi ənənələri var. Cənub qonşumuz dünyada uzun müddət müharibə aparmağa qadir olan dövlətlərdən biridir. Amma ABŞ-da nəyin bahasına olursa-olsun İranı tənbeh etməkdə israrlı görünür. ABŞ-ın İrana qarşı ərəb NATO-su yaratmaq səyləri də alınmır. İran isə Suriya, Yəmən, İraqda ABŞ-a qarşı problemlər yaradır. Bu müstəvidə cərəyan edən prosesdən müharibə iyi gəlir.Dünya nizamı pozula-pozula gedir. Dünyada arzuolunmaz məsələlərin miqyası durmadan artır. BMT artıq öz vəzifəsinin öhdəsindən gələ bilmir. Müharibə başlayarsa onun fəsadları böyük olacaq. Bölgə dövlətləri, o cümlədən Azərbaycan bunu öz üzərində hiss edəcək. Xüsusən də qaçqınlarla bağlı məsələdə”.

 

Qeyd edək ki, Azərbaycanın qonşusu İranla ABŞ arasında münasibətlər daha da kəskinləşir. Mayın 8-də Birləşmiş Ştatlar İran üzərinə yeni iqtisadi sanksiyalar tətbiq edib. Yeni sanksiyalar bu ölkəyə neftdən sonra valyuta gətirən digər mühüm sahələri hədəfləyir. Bu sanksiyalarda məqsəd İranın polad, mis, alüminium mədənçiliyi və digər sahələrin hədəflənməsidir. Bir sözlə, artıq İranla ABŞ arasında münasibətlər demək olar ki, müharibə ərəfəsinə gəlib çatıb.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...