Ekspert KTN-nin \"ət yalanı\" haqda: “Tələbatın yalnız 40 faizini təmin edə bilirik…”
"Azərbaycan daxili istehsal hesabına ölkənin ətə olan tələbatının yalnız 40-42 faizini təmin edə bilir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Fikrodvsi Fikrətzadənin Azərbaycanın özünü ət və ət məhsulları ilə təminetmə səviyyəsinin 83 faiz olması barədə fikrinə münasibət bildirərkən aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmov deyib: "Tamamilə yanlış məlumatdır. Ona görə ki, Azərbaycanda adambaşına norma müəyyən edilməyib. Həmin səbəbdən ətlə təminatın yüksək olması barədə bu sayaq məlumatlar səsləndirməyin heç bir əsası yoxdur”.
Ekspert qeyd etdi ki, Azərbaycan özünün ətə olan tələbatınıncəmi 40-42 faizini təmin edə bilir: "Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin müəyyən etdiyi adambaşına il ərzində ət istehlakı norması mövcuddur. Bu norma əvvəllər 84 kq idi, indi isə 76 kq müəyyən edilib. Normanin çəkisinin endirilməsi də digər yüksək kalorili məhsulun əlavə edilməsilə bağlıdır. Belədə Azərbaycan əhalisinin ət istehlakına olan illik tələbatının ödənilməsi üçün bir ildə 760 min ton istehsal həyata keçirilməlidir. Amma istehsal cəmi 300 min tondur. Üstəlik 60-65 min ton idxal edirik. Deməli, Azərbaycan daxili istehsal hesabına ölkənin ətə olan olan tələbatının yarıdan da azını, 40-42 faizini təmin edir. Ayrıca, qoyun, mal və quş ətilə təminatın nə qədər olduğunu səsləndirmək də absurddur. Ona görə ki, təyin edilən normada ayrıca nə qədər qoyun, mal və quş ətinin istehlak norması müəyyən edilməyib. Yəni, ölkəmizdə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma əsas götürülmədiyindən ət və ət məhsulları ilə təminat məsələsində belə rəqəmləri ortaya çıxarırlar. Hələ də Kənd Təsərrüfatı Nazirliyində nə dediklərini və bu zaman nəyə əsaslandıqlarını anlaya bilmirlər. Norma müəyyən edilmədiyindən hansısa rəqəmləri səsləndirib təqdim etmək tamamilə yanlışdır”.
Elçin