Ekspert: "İnsanların qoyulan qaydalara və məhdudiyyətlərə anlayışla yanaşmaları önəmlidir"

Ekspert:
 Çinin Uhan şəhərində yaranan yeni növ koronavirus (COVID-19) infeksiyası təhlükəli hal almaqdadır. İnfeksiyanın yayılma sürəti dünyanın bir çox ölkələrində, eləcə də Azəraycanda böhranın yaramasına səbəb olub.

Mövcud böhran şəraitində işləməsi zəruri olan insanların vəzifə başına təhlükəsiz və rahat şəraitdə çatdırılması ən önəmli məsələlərdən birinə çevrilib. Bəs hazırki şəraitdə ictimai nəqliyyatın təşkilində Bakı Nəqliyyat Agentliyi (BNA) işlərini necə təşkil edir?

Mövzu ilə bağlı qaynarinfo-ya açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, BNA tərəfindən son günlər atılan addımlar, görülən işlər təqdirəlayiqdir:

"Kiçik şəxsi heyət ilə nə qədər çox işlərin görüldüyü göz önündədir və bunu sadəcə alqışlamaq lazımdır. Çünki hazırki çətin dövrdə belə bir operativ iş qurmaq hər bir quruma xas xüsusiyyət deyil. BNA Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunan qərarlara dərhal reaksiya verir və icra edir. Gecə saatlarında ictimai nəqliyyat ilə bağlı qərar verildi və BNA həmin qərara 1 saat sonra reaksiya verdi. Belə ki, metro stansiyaları arasında işləməsi üçün iki ekspres xətt marşrutu ayrıldı. Bu da insanların metrodan daha az istifadə etməklə yerüstü nəqliyyat vasitələrinə yönəlməsi üçün önəmli idi. Artıq dünən açıqlama verildi ki, yeni ekspres xətlər də fəaliyyətə başlayır".

Ekspertin sözlərinə görə, paralel olaraq qurum tərəfindən vətəndaşlar üçün bir neçə xoş addımlar da atıldı:

"Belə ki, artıq dayanma-durma üzrə cərimələr tətbiq olunmur. Bütün dayanacaq və avtobuslar vaxtlı-vaxtında dezinfeksiya olunur. Həmçinin sosial şəbəkələrdə insanların qeyd etdiyi problemləri agentlik nümayəndələri daim izləyir və ciddi tədbirlər görür. Məsələn, avtobuslarda yaşanan sıxlıq, sürücülərin sərnişindaşıma qaydalarını pozması, tutumundan daha çox sərnişin daşıma və bu kimi problemlərlə bağlı agentlik dəfələrlə xəbərdarlıq edib və bu gün də buna qarşı mübarizə aparılır".

Ekspert əlavə edib ki, belə bir dövrdə operativ iş görən dövlət qurumlarına və eləcə də, BNA-ya biz də dəstək olmalıyıq:

"Hər bir vətəndaş çalışmalıdır ki, nəinki BNA-nın, bütün dövlət qurumlarının gördüyü işlərə maneə yaratmasınlar və bilib-bilmədən işlərə kölgə salmağa çalışmasınlar. Çünki bu gərgin dövrdə haradasa müəyyən çatışmazlıqlar yarana bilər. Bunu sivil qaydada normal şəkildə diqqətə çatdırmaq lazımdır ki, problemlər həll olunsun. Biz bu məsələdə cənab prezidentin də qeyd etdiyi kimi həmrəy olmalıyıq və maksimum dərəcədə qoyulan qaydalara əməl etməyə çalışmalıyıq. Həmçinin, vətəndaşlar zərurət yaranmadıqca evdən çıxmamağa çalışmalı, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməlidir. Çünki fəaliyyəti zəruri olan peşə sahiblərinin - həkimlər, hüquq mühafizə orqanlarının nümayəndələri, market işçiləri və s. rahat şəkildə iş başına çata bilməsinə şərait yaradılmalıdır. Həmçinin insanlar özləri də avtobuslarda sıxlığın yaranmamasına diqqət etməli, lazım gəldikdə növbəti avtobusu gözləməli, sosial məsafə qaydalarına əməl etməlidirlər. İnsanların hazırki şəraitdə qoyulan qaydalara, qadağalara, məhdudiyyətlərə anlayışla yanaşmaları böyük əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...