Ekspert: \"Bəzi insanlar yol infrastrukturu dedikdə təkcə avtomobil yolunu nəzərdə tutur\"

Ekspert: \

"Azərbaycanda yol infrastrukturu yüksək sürətlə inkişaf edir. Davos İqtisadi Forumunun araşdırmasına görə, ölkəmiz nəqliyyat infrastrukturunn səviyyəsi baxımından dünyada 34-cü yerdə qərarlaşıb. İqtisadi, hərbi, siyasi və digər göstəricilərinə görə bizdən qat-qat üstün olan ölkələri geridə qoymuşuq. Belə nəticə əlbəttə hər bir Azərbaycan vətəndaşını sevindirir".

"Finans.az" xəbər verir ki, bunu dəmir yolu üzrə ekspert Yasin Mustafayev 2019-cu ildə dəmir yolu sahəsində aparılan işləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bəzi insanlar yol infrastrukturu dedikdə təkcə avtomobil yolunu nəzərdə tutur: "Əslində avtomobil yolu ilə yanaşı hava, dəniz və dəmir yolları da bura daxildir. Hər 4 növ üzrə inkişafı ölkəmizdə görməmək mümkün deyil. Avtomobil yolları tikintisi və yenilənməsi barədə demək olar ki, hər gün mətbuatdan və sosial şəbəkələrdən geniş məlumat alırıq. Hava yollarının da inkişafına yeni hava limanlarının tikilib istifadəyə verilməsini və yerli yeni aviaşirkətlərin yaradılmasını, son zaman alınan yeni avialaynerləri misal göstərmək olar. Su yolları da həmçinin geniş və qlobal miqyasda əhəmiyyət kəsb edəcək dərəcədə irəliləyir. Yeni istifdəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu və sair makro layihələr bunu deməyə imkan verir. Dəmir yolu şəbəkəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda bu sahə öz inkişaf dönəmini yaşayır”.

Y.Mustafayev qeyd edib ki, SSRİ dövründə dəmir yolu respublikamızın ərazisinin əksər hissəsini əhatə edib: "Paytaxt Bakıdan şimala və cənuba, həmçinin qərb istiqamətinə dəmir yolları mövcuddur. Bundan əlavə şimal-qərb və cənub-qərb istiqamətində də bu şəbəkə var. Amma bu sahə kifayət qədər yenilənməmiş, inkişaf etdirilməmişdi. İndi dünyanın inkişaf etmiş ölkələrində dəmir yolları həm elektrikli, həm də yüksək sürətli yollara çevrilib. Bu ölkələrlə müqayisədə ölkəmiz bir qədər geri qalırdı. Bu səbəbdən də dəmir yollarının inkişaf etdirilməsi zərurəti yaranıb. Bu sahənin inkişafı son dövrlər elə dinamik baş verir ki, demək olar ki, biz dəmir yolu haqqında hər həftə yeni informasiya eşidirik. 2019-cu il dəmir yolu sahəsində inkişafın daha da artdığı il olaraq tarixə düşəcək. Xronoloji ardıcıllığa baxsaq ilin əvvəlindən ilin souna qədər əlamətdar və vacib hadisələrin baş verdiyinin şahidi olarıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi həm daxili şəbəkənin inkişafı, həm də beynəlxalq şəbəkədə ölkəmizin cəkisini artırmaq üçün müxtəlif işlər həyata keçirilib. Ölkə daxilindəki dəmir yollarının yenilənməsi və yeni yolların çəkilməsi işi bu il də davam etdirildi. Yeni layihələrdən Ləki-Qəbələ dəmir yolunun inşasının sürətlə davam etdirildiyini qeyd etmək olar. Abşeron yarımadasındakı şəbəkənin, əsasən də Bakı dairəvi dəmir yolunun, həm də stansiyaların tikintisinin aparılması, hətta Pirşağı dəmir yolu stansiyasının təntənəli açılış mərasimi buna sübut ola bilər. Cənub istiqamətindəki mövcud dəmir yolunun yenilənməsi və müasir tələblərə cavab verən layihə axtarış işləri də 2019-cu ildə aparılaraq tamamlanıb deyə bilərik. Eyni zamanda Xudat-Şahdağ yolunun ilkin mühəndis axtarış işlərinə start verilib. Bundan başqa Sumqayıt-Yalama və Güzdək- ahil qəsəbəsi istiqamətlərinin yenidən qurulması üçün layihə axtarış işlərinə ilin sonuna yaxın vaxtlarda start verilib. Qeyd olunan layihələr inhər biri respublikanın dəmir yolu şəbəkəsində mühüm rol oynayacaq”.

 

"

Dəmir yolu üzrə ekspert Yasin Mustafayev

"2019-cu ildə dəmir yolunda beynəlxalq əhəmiyyətə malik hadisələr də baş verib".


 

Onun sözlərinə görə, 2019-cu ildə dəmir yolunda beynəlxalq əhəmiyyətə malik hadisələr də baş verib: "Bu il martın 24-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə olunacaq ilk sərnişin qatarı ölkəmizə yola salınıb. Bu, İsveçrənin "Stadler" şirkətinin istehsalı olan 10 vaqondan ibarət qatar olub. Daha 10 vaqonun alınması planlaşdırılır. BTQ ilə yük daşımalarında bu il də artım baş verib. Bu layihəyə əlavə olaraq Əfqanıstanın Laplas Lazuli şəbəkəsinin qoşulması da mühüm hadisə hesab olunur. Həmçinin "Asan railway” layihəsi analoji baxımdan oxşarı olmayan və böyük perspektiv vəd edən bir konsepsiya hesab olunur. Bundan başqa "ADY Express” MMC vasitəsi ilə müxtəlif yüklərin qısa vaxtda və rahat şəkildə Türkiyədən Türkmənistana qədər aparılması bu istiqamətdə daşınmalarda dəmir yolunun rolunun artacağından xəbər verir. Bütün bu yuxarıda qeyd olunanları nəzərə alaraq bildirə bilərik ki, "Azərbaycan Dəmir Yolları" QSC 2019-cu ildə kifayət qədər uğur əldə edib”.

 

OXŞAR XƏBƏRLƏR

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...