Ekspert: “Azərbaycan qazının Ukraynaya nəqli mümkündür”

Ekspert: “Azərbaycan qazının Ukraynaya nəqli mümkündür”
 

"Azərbaycan təbii qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə müvafiq bağlantılarla Ukraynaya nəql edilməsi mümkündür".

Bunu "Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

Bu həftə Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlar aparıb. "Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, - Ukrayna prezidenti məlumat verib.

Məsələni şərh edən İlham Şabanın sözlərinə görə, bunun üçün arzu və istək, həmçinin alıcı tərəfin həmin qazın pulunu ödəmək istəyi olmalıdır: "2021-ci ildə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Çünki Yunanıstan-Bolqarıstan İnterkonnektorunu  (IGB) həyata keçirən ICGB AD şirkətinin rəhbərliyi də bildirib ki, 2020-ci ildə bu qaz kəmərinin inşası yekunlaşacaq və sınaqdan keçiriləcək. 2021-ci ilin ikinci rübündə isə bu kəmərlə Azərbaycan qazının alınmasına başlanılacaq”.

Ekspert bildirib ki, Rumıniya ilə Bolqarıstan arasında infrastruktur mövcuddur: "Digər tərəfdən Trans-Balkan qaz kəmərinin fəaliyyəti bütövlüklə dayanandan və "Türk axını” qaz kəməri işə salınandan sonra bu kəməri revers işlətməklə Bolqarıstandan Azərbaycan qazını Ukraynaya nəql etmək problem deyil".

İ. Şaban qeyd edib ki, Azərbaycan təbii qazının TANAP vasitəsilə Ukraynaya nəql edilməsi üçün alqı-satqı müqaviləsi imzalanmalıdır: "Bunun üçün Ukrayna təbii qazın sahibi ilə müqavilə imzalamalıdır. Bu qazın sahibi isə "Ümid-Babək”, "Abşeron”, "Şəfəq-Asiman”, Azərbaycan Dövlət Neft Şirkətinin özü və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən digər yataqların operatorları ola bilər. Daha sonra təbii qazı nəql edəcək şirkətlərlə də müqavilə imzalanmalıdır. Azərbaycan-Gürcüstan ərazisində bu "Cənubi Qafqaz Boru Kəməri", Türkiyə ərazisində TANAP konsorsiumudur. Daha sonra Avropa hissəsində TAP konsorsiumu, ICGB şirkətidir. Bu gün Ukraynaya Azərbaycan qazını nəql edilməsi üçün bütün infrastruktur mövcuddur və bu nəqletmə mümkündür. Ancaq burada bir nüans var ki, məsafə artdıqca təbii qazın nəqletmə xərcləri artdığından onun qiyməti də bahalaşacaq”. 


OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...