Eks nazir müflis oldu - Azərbaycanda

Eks nazir müflis oldu - Azərbaycanda

 

 

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus «AB Standard» şirkətlər qrupu ötən ilin maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.

 

Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatı aşıb.

 

Qaynarinfo.az Azadliq.org-a istinadən xəbər verir ki, hesabata görə, holdinq 2015-ci ildə 140 milyon manat gəlir götürüb. Buna baxmayaraq, şirkətlər qrupu istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə uğrayıb.

 

İyunun 25-də «Kaspian Konsaltinq» şirkəti sözügedən maliyyə hesabatına müsbət audit rəyi verib. Sənəddə göstərilir ki, bu ilin əvvəlinə holdinqin zərərləri 158 milyon manata yaxınlaşıb. Ötən il «AB Standard» QSC-də 97 milyon manat kapitala sahib H.Babayev bu ilin yanvarına mənfi saldo ilə 10 milyon 613 min manata gəlib çıxıb. Bir çox iş adamının qibtə edə biləcəyi həcmdə (1.4 milyard manat) aktivləri yönəldən H.Babayev, faktik olaraq, müflisləşib.

 

Ötən il qrupa daxil «Bank Standard» QSC-nin qəbul etdiyi depozit və bank hesablarının toplam məbləği 33.6 faiz artaraq, 991.7 milyon manata çatıb. Hesabatda bundan söz açılmasa da, güman etmək olar ki, artım xarici valyutada yerləşdirilmiş əmanətlər hesabına baş verib.

 

Holdinq 2015-ci ildə götürdüyü borclara görə əvvəlki ildəkindən 2 dəfə çox – 158.4 milyon manat faiz ödəyib. Bu, onun faiz gəlirlərindən təqribən 2 dəfə azdır. Bankın müştərilərdəki kreditləri isə 935.4 milyon manat məbləğindədir və ilboyu 16 faiz artıb.

 

Holdinq 2015-ci ildə gəlirlərinin 2.1 faiz, xərclərininsə 32.2 faiz artdığını açıqlayıb. Təkcə inzibati və ümumi xərclər 7 dəfə çoxalaraq, 40 milyon manata yaxınlaşıb. Xatırlatmağa dəyər ki, bu gün – iyulun 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası «Bank Standard» QSC-nin sağlamlaşdırılmasını «Azər-Türk Bank» ASC-yə həvalə edib.

 

Bir qədər əvvəlsə holdinqin bir başqa üzvü - «Dərnəgül Boru Zavodu» QSC də maliyyə hesabatını dərc etmişdi. Zavod 2.2 milyon manat gəlir əldə etsə də, bütövlükdə 8 milyon manat zərərə düşdüyünü açıqlamışdı.

 

«AB Standard» QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Ötən il Heydər Babayev holdinqin 100 faiz özünün mülkiyyətində olduğunu rəsmən bildirib.

 

Qaynarinfo.az //

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...