Ekranlara “Terminator-6” gəlir
18:19 / 06.03.2018
2210
Sosial şəbəkələrdə "Terminator” filminin növbəti hissəsinin çəkiləcəyi haqda söz-söhbətə Şvarsneqqerin özü aydınlıq gətirib.
Sfera.az "Movie Web” portalına istinadən xəbər verir ki, Ohayo ştatında, bodibildinqin 30 illiyinə həsr edilmiş tədbirdə aktyor bu məlumatı təsdiqləyib.
O bildirib ki, çəkilişlər 2018-ci ilin yay aylarında başlayacaq və oktyabrda yekunlaşacaq:
"İndidən çəklişlər üçün səbirsizlənirəm. Yenidən "T-800” rolunda olmaq istəyirəm”.
Arni bildirib ki, hər şey əla keçəcək, çünki rejissor Tom Millerdir, Ceymc Kemoron kimi nəhəng isə çəkiliş prosesinə nəzarət edəcək.