Cəmİyyət

"Ekolizinq" MMC-nin işçisi Bakıda qoçuluq edir- VİDEO

Başqasının yolunu kəsməyi bir yana, söyüş də söyür.

Sfera.az Qaynarinfo-ya istnadla xəbər verir ki, sentyabrın 19-da paytaxtın mərkəzi küçəsində qoçuluq edən daha bir sürücü barədə Avtosfer.az-a müraciət daxil olub.
 
Belə ki, Azadlıq prospektindən sağa Zərifə Əliyeva küçəsinə qaydalar çərçivəsində dönən sürücünü sağ zolaqdan "Toyota Land Cruiser" markalı 10-AE-005 qeydiyyat nişanlı avtomobilin sürücüsü sıxıb.
 
Videonu qeydə alan sürücü qəzanın qarşısını almaq məqsədilə səs siqnalından istifadə edib və qayda pozan sürücüyə etirazını bildirib. Bu zaman digər sürücü "Əcəb edirəm" deyərək nalayiq söyüşlər söyməyə başlayıb və yolu kəsərək etirazını bildirib. Təhqiredici ifadələr işlətdikdən sonra isə ərazini tərk edib.
 
Qeyd edək ki, 10-AE-005 qeydiyyat nişanlı avtomobil "Ekolizinq MMC"-yə məxsusdur.
 

AdRiver

XƏBƏR LENTİ