Əkizlərin vurduğu piyadanın vəziyyəti ilə bağlı AÇIQLAMA

Əkizlərin vurduğu piyadanın vəziyyəti ilə bağlı AÇIQLAMA
Ötən gün Sevil və Sevinc Səfərovanın vurduğu 87 yaşlı piyadadan xəbər var. 

Sfera.az xəbər verir ki, "qafqazinfo”nun 1 saylı Şəhər Kliniki Xəstəxanasınadan ("Semaşko”) aldığımız məlumata görə, Zöhrab Ağayevin vəziyyəti kritik olaraq qalır. Xəstə hələ də, reanimasiyadadır:

"Vəziyyəti çox ağırdır, çox! Hələ reanimasiyadadır. Həkimlər əllərindən gələni edirlər”. 

Xatırladaq ki, əkizlər ötən gün yenicə aldıqları maşınla "Qoşa qala” qapıları qarşısında qəza törədiblər. Vaxtında əyləcə basa bilməyən Sevinc yolu keçən piyadanı vurub.


OXŞAR XƏBƏRLƏR