\"Əjdaha\" ilə döyüş bitdi – İnanılmaz nəticə ilə o maşını tərk etdi – VİDEO

\
 ATV-də "Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 

Sfera.az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Elşad Xose Raufun dünəndən yarım qalan mübarizəsini davam etdirəcəyini bildirib. Yəni qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bəyan edib. 

"Mənim hədəfim Talıb ola bilməz. Çünki o burada ən düz oynayan içtirakçıdı. İlkin yerlimdi, o olmasa mənim üçün darıxdırıcı olar. Vüsalə Əlizadə öz oyununu gözəl göstərdi. Çalışır qalmaqaldan uzaq olsun. Vüsalə Kərimova isə mənim müttəfiqimdi, ən sözə baxan şagirdlərdəndi. Özünü pis aparanlara da bu gün 2 qoyulacaq", - deyə hədəfinin dəqiq olduğunu bildirib. 

Xatun isə özünün hədəf olduğunu ehtimal edib. "Bu gün də təklif olundu ki, bu cavan oğlan çıxsın və Mehriban xanımla oynasın. Məncə bu cavan oğlan fikrini dəyişib məni vuracaq. Ona görə də tamaşaçılarımdan Elşadın getməsinə səs istəyirəm”. 

Xose isə fikrini dəyişməyəcəyini bildirib. 

Tamaşaçıların 74,82 faiz səs toplayan Elşad Xose oyundan iki nəfəri uzaqlaşdırmaq üçün hiyləyə əl atıb. "Kim Mehriban xanımın əvəzinə özünü qurban vermək istəyir”, - deyə iştirakçılara müraciət edib. Xatun özünü qurban vermək istəsə də, Murad Dadaşov bunun Mehriban xanımı xilas etməyəcəyini, əksinə Elşada iki nəfəri uzaqlaşdırmaq şansı qazandıracağını xatırladıb. 

...Və nəhayət Elşad qərarını açıqlayıb. Mehriban xanımın adını çəkərək – şounun "Əjdaha”sı ilə mübarizədə ötən gün məğlub olan Rauf Əhmədova da salam göndərib. Beləliklə maşın Mehriban Xanlarova üçün əldən getdi. 

BAKU.WS 






OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...