Cəmİyyət

Təhsil Nazirliyi pop-korn satan oğlanı tapdı: "Arzu edərsə..."

Təhsil Nazirliyi pop-korn satan oğlanı tapdı:
 

"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.

Sfera.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, bildirib ki, bu haqda məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

"Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək.

Sağ olun, Təhsil Nazirliyi”.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031