Əhməd Davudoğlu yeni partiya yaratdı

Əhməd Davudoğlu yeni partiya yaratdı
 

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.

Sfera.az xəbər verir ki, bu gün paytaxt Ankarada siyasi təşkilatın tanıtım toplantısı baş tutub. 

Keçmiş baş nazirin yeni yaratdığı siyasi təşkilat "Gələcək Partiya" adlanır. Partiyanın şüarı isə belədir: "Bizim bir gələcəyimiz var”. 

Partiyanın 154 nəfər təsisçisi var. Onların əksəriyyəti hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. 

Toplantıda çıxış edən Ə.Davudoğlu partiyanın siyasi xəttini bu sözlərlə izah edib:

"Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Xatırladaq ki, Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə isə Baş nazir olub. O, bu ilin sentyabrın 13-də hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.  


OXŞAR XƏBƏRLƏR