Cəmİyyət

Əhməd Davudoğlu qətlə yetirilən iş adamı Etimad İsmayılovun cənazə namazında iştirak edib

Əhməd Davudoğlu qətlə yetirilən iş adamı Etimad İsmayılovun cənazə namazında iştirak edib
Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun Florya Yeni Məscidində cənazə namazı qılınıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Türkiyənin sabiq prezidenti Əhməd Davudoğlu və İstanbul Polis İdarəsinin müdiri Mustafa Çalışkan və mərhumun yaxınları iştirak ediblər.

Davudoğlu E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyevaya baş sağlığı verib.

Cənazə namazının ardından İsmayılovun nəşi Bakıya göndərilmək üçün Atatürk Hava Limanına aparılıb.

Xatırladaq ki, Etimad İsmayılov İstanbuldakı ofisində Azərbaycanın sabiq polis rəisi Gözəl Dəmirovla mübahisə edib. G.Dəmirov tapança ilə E.İsmayılova 3 dəfə atəş açıb. G.Dəmirov hadisə baş verən ərazidən uzaqlaşıb. Ağır yaralanan E.İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Milli Məclisin sabiq deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
AdRiver

XƏBƏR LENTİ