Əhəd Abıyev saytları ittiham etdi: “Özlərindən ssenari yazırlar”

Əhəd Abıyev saytları ittiham etdi: “Özlərindən ssenari yazırlar”
 "O, Aprel qazisi kimi mənə müraciət etsəydi, mən ona yüksək səviyyədə hörmət edərdim".
 
 
Sfera.az xəbər verir ki, bu sözləri Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev haqqında ittihamlar səsləndirən Aprel qazisi Arzu Məmmədov barədə danışarkən deyib.
  
Əhəd Abıyev Aprel qazisinə əlindən gələn köməyi etdiyini:
 
"Arzu Məmmədov məni görməyib. Sadəcə deyib ki, İlhamə Bayramova İcra hakimiyyətinin adından məndən pul alıb. İlhamə Bayramova da, bu ittihama qarşılıq olaraq Arzu Məmmədovu rayon məhkəməsinə şikayət edib. Təkcə Arzu Məmmədovu yox, eləcə də onunla yanaşı digər dələduzları da məhkəməyə verib. Heç özüm də bilmirəm ki, bu adam niyə mənim adımı hallandırır? Onun mənə heç bir dəxli yoxdur axı. Əksinə o, Aprel qazisi kimi mənə müraciət etsəydi, (baxmayaraq ki Gəncə sakinidir) mən ona yüksək səviyyədə hörmət edərdim. Hətta biz eşidəndə ki, onun valideynləri bizim rayonun qeydiyyatındadır əlimizdən gələn köməkliyi göstərmişik. Mən tamamilə, təmiz adamam, mənlik heçnə yoxdur.

Əhəd Abıyevın sözlərinə görə, əsas təqsirləndirilən şəxs İlhamə Bayramovadır: 
 
"Bu məsələdə İcra Hakimiyyətinə aid heç bir iş yoxdur. İlhamə Bayramovanın işinə 6 ay əvvəl xitam verilib. Arzu Məmmədov 6 aydır niyə heç bir hüqüq mühafizə orqanlarına müraciət etməyib? Mənim fikrimcə. bu kiminsə istəyi ilə, sifarişi ilə mənə şər böhtan atmaq üçün qurulmuş plandır".

 
Əhəd Abıyev Aprel qazisi haqqında bunları deyib: 
 
"Onu da qeyd edim ki, kredit mütəxəssisi işləyən Arzu Məmmədov bir müddət filial müdiri vəzifəsini icra edərək ayrı-ayrı vətəndaşlara sələmə və kreditə verdiyi pullarla bağlı bankda yaratdığı ciddi problemlərə görə işdən azad edilib. Sonra da o, rayondan qaçıb gedərək hərbi hissələrin birində müddətdən artıq xidmət edən əsgər (MAXE) kimi xidmətə başlayıb. Qospitalda olduğu zaman məni onun yanına getməməkdə təqsirləndirir. Amma hər kəs bilir ki, Cənab Ali Baş komandan özü şəxsən Aprel qazilərinə baş çəkib. Kənar şəxslərin qospitala girişinə qadağan qoyulmuşdu. Heç bir İcra başçısı qospitala getməyib”.
 
 
Əhəd Abıyev bundan sonra saytlara bu barədə açıqlama verməyəcəyini də vurğulayıb:
 
"Saytlar özləri ssenari qurub yalan məlumatlar yazırlar. Mövzunu istədikləri kimi ssenariləşdirirlər”.
 

Nihat HÜSEYNZADƏ

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...