Əhaliyə şad xəbər: Qazın limiti artırıldı

Əhaliyə şad xəbər: Qazın limiti artırıldı
Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.
Sfera.az-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə tətbiq edilən limitin artırıldığını bəyan edib. 

Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək.

"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb. Mövcud qərardan sonra əhalinin 85 faizi güzəştli tariflərlə limitdən istifadə edəcək", - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.

OXŞAR XƏBƏRLƏR